İdman

"Mançester Yunayted" Ronalduya görə 80 milyon funt xərcləməyə hazırdır

2 Avqust 2013 19:14
2 Şərh     Baxış: 676
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İngiltərənin "Mançester Yunayted" klubu "Real Madrid"də çıxış edən Kriştianu Ronaldunun transferinə görə 80 milyon funt-sterlinq (təqribən 92 milyon dollar) ödəməyə hazırdır. Milli.Az xəbər verir ki, bu barədə Trend agentliyi "Daily Star"a istinadən məlumat yayıb.

Son iki həftə ərzində klublar bu məsələ ilə bağlı danışıqlar aparıblar.

"Mançester Yunayted" əmindir ki, Ronaldunu geri qaytara biləcək. Madrid təmsilçisi futbolçu ilə müqaviləni uzatmaq niyyətindədirlər. Ronalduya gəlincə isə o, İngiltərəyə qayıtmaq barədə düşünür.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.