İdman

İlk dəfə futbol matçında kim qol vurub?

2 Avqust 2013 14:41
0 Şərh     Baxış: 792
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Futbolun beşiyi sayılan İngiltərə eyni zamanda dünyanın ən qədim liqasına ev sahibliyi edir.

125-ci ilini qeyd edən İngiltərə Premyer Liqası 1888-ci il sentyabrın 8-i start götürüb.
O gündən indiyə kimi liqanın ilk qolunu, başqa cür desək, futbol tarixinin ilk rəsmi qolunu kimin vurduğu mübahisə edilirdi.

Milli.Az Sportliqa.Az-a istinadən xəbər verir ki, çoxları ilk qolun "Aston Villa"nın futbolçusu Qerşom Koks tərəfindən vurulduğunu zənn edirdi.

Ancaq Robert Boylinq adlı bir futbol eksperti bunun yanlış olduğunu təsdiqləyən faktı ortaya çıxarıb. Boylinqin tapdığı bir elanda "Aston Villa" - "Vulverhempton" matçının əslində nəzərdə tutulan vaxtından yarım saat gec başladığı məlum olub. Bu isə Premyer Liqa və dünyada ilk qolun sahibi hesab edilən Koksun yerli vaxtla 16:01-də fərqləndiyini sübut edib.

Araşdırmalar saat 15:45-də başlayan "Bolton" - "Derbi Kounti" matçında meydan sahiblərinin futbolçusu Ceyms Kanyon Davenportun matçın 2-ci dəqiqəsində qol vurduğunu ortaya çıxarıb. Bununla da, Davenport 1888-ci il sentyabrın 8-i saat 15:47-də rəqib qapısına yol tapmaqla futbol tarixinin ilk qolunun müəllifi kimi yaddaşlara düşüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.