İdman

"Barselona"nın ulduzu: əvvəl arvadını, sonra evini əlindən aldı - FOTO

2 Avqust 2013 14:56
Baxış: 1 701
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İspaniyanın "Barselona" klubunun ulduzu Fransesk Fabreqas livanlı milyarder Elie Taktukun arvadı Daniella Simanla ailə qurmağa hazırlaşır.

Milli.Az AHT-yə istinadən bildirir ki, Taktukun xanımı Fabreqasla aşiq-məşuq olandan sonra ərindən boşanmaq istədiyini bildirmişdi.

Taktuk da rüsvay olduğundan, biabırçılığını artırmamaq üçün bu boşanmaya razılaşmış və arvadından ayrılmışdı.

Məhkəmənin qərarına görə, Elie Taktukun Daniela Simanla evli olduğu dönəmdə Londonda satın aldığı lüks apartament satılmalı, əldə ediləcək pul isə özünə yeni ev alması üçün Daniela Simana verilməli idi.

Bukinhem Sarayından 400 metr aralıda olan lüks apartament satışa çıxarılandan üç həftə sonra isə Fransesk Fabreqas bu evi almaq istədiyini bəyan etdi, məhkəmə də buna icazə verdi.

Lakin Elie Taktuk evini almaq istəyən adamın sabiq arvadının məşuqu olduğunu biləndə, buna mane olmağa çalışıb.

38 yaşlı milyarderin yeni şikayət ərizəsində bildirilir ki, real dəyərindən 2 milyon funt-sterlinq ucuz qiymətə satışa çıxarılan evin Fransesk Fabreqas tərəfindən alınmasına etiraz edir.

Taktuk evini 7,5 milyon funta geri almağa hazır olduğunu deyib.

Elie Taktuk və Danielle Siman 1998-ci ildə, ikisi də 24 yaşında olanda Beyrutda evlənmişdilər. Bu nikahda iki uşaq doğulub.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Fotolar: AHT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.