İdman

Yeniyetmə güləşçilərimiz Dünya çempionatına hazırlığın son mərhələsində

2 Avqust 2013 11:57
0 Şərh     Baxış: 282
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az-ın Güləş Federasiyasından aldığı məlumata görə, 20-25 avqust 2013-cü il tarixdə Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilər arasında Dünya çempionatı keçiriləcək. Güləş üzrə yığma komandalarımız çempionata hazırlığı davam etdirir.

Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komanda bu gündən etibarən İsmayıllı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayır. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Vüqar Aslanovun rəhbərliyi altında yığma komandanın 20 üzvünün cəlb edildiyi təlimlər avqustun 17-dək davam edəcək.

Yeniyetmə sərbəst güləşçilər isə avqustun 6-dan etibarən Qusar Olimpiya İdman Kompleksində taktika və texnikanın təkmilləşdirilməsi üzrə növbəti təlim-məşq toplanışına başlayacaq. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Rövşən HacıyevMarian Stoyevin rəhbərlik etdiyi təlim-məşq toplanışında 22 güləşçi iştirak edəcək. Təlim-məşq toplanışı avqustun 20-dək davam edəcək.

Yeniyetmə qızlardan ibarət komandanın 5 üzvü məşqçi Rövşən Süleymanovun rəhbərliyi altında Ukraynanın Krivoy-Roq şəhərində birgə təlim-məşq toplanışındadır. İyulun 22-də başlayan təlimlər avqustun 5-də başa çatacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.