İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qurban Qurbanov: "Səfərdə "Qarabağ"ı favorit hesab edirəm" - YENİLƏNİB - VİDEO
2 Avqust 2013 13:21
3 Şərh
Baxış: 928
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
09:19
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin "Gefle" klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla başa çatan görüşdən sonra öncə bunları dilə gətirib:
- Çox ağır oyun alındı. Lakin fikrimcə, belə bir oyunun son dəqiqələrində qol vurmağımız çox əla oldu. Çətin rəqibimiz var. Daha çox müdafiə olunurlar. Onlar, demək olar ki, son dəqiqələrə qədər bizə heç bir boşluq vermədilər. Düzdür, hücumlarımız çox oldu. Amma onların yalnız birindən yararlana bildik. Yəqin ki, bizə bir qədər daha soyuqqanlı olmaq lazım idi. Oyunun sonlarında daha sürətli oynamağa çalışdıq. Rəqibə isə hücumda oynamağa imkan vermədik. Nəticədə yaxşı qol vurduq.
- Cavab oyunundan nə gözləyirsiz?
- Bizi çox çətin oyun gözləyir. Onlar Bakıda biz gözlədiyimiz kimi oynadılar. Səfərdə isə daha diqqətli oynamalıyıq. Əgər "Anorthosis"i 4:0 hesabıyla məğlub edə biliblərsə, deməli, güclüdülər. Hazırlıq üçün vaxtımız azdır. Çünki qarşıda "İnter"lə çempionat oyunumuz da var. İstənilən halda, səfərdə də layiqli oyun sərgiləməyə çalışacağıq.
- Siz yenə də Nikolas Gelaşviliyə güvənməkdən davam edirsiz. Niyə?
- Hələ oyun gedərkən başa düşdüm ki, siz bunu məndən soruşacaqsız. Gelaşvili adi oyunçu deyil. Onun karyerasına baxın. Biz onun komandaya nə vaxt tam uyğunlaşacağını bilmirik. Bu, futboldur. Bu gün onda alınmır, sabah hər şeyə dəyişə bilər.
- Bu qələbəni sizin aktivinizə yazmaq olar? Çünki hücum məhz sizin ötürmənizdən sonra başladı... (meydanı tərk edən topu məhz Qurbanov saxlayaraq autdan oyuna daxil etmək üçün futbolçusuna vermişdi)
- Yox, uşaqlar məndən daha yaxşı oynadılar (gülür).
- Sizə elə gəlmir ki, Muaremlə Gelaşvilinin start heyətdə meydana çıxması yanlış qərar idi?
- Onlar əllərindən gələni edirlər. Bilirsiz ki, Reynaldonun da zədəsi var idi. Həkimlər ona yalnız 15-20 dəqiqə oynamağa icazə verdilər. Bu gün problemimiz cinah oyunçularımız olan Vüqar Nadirovla Reynaldonun yoxluğu idi. Buna görə də Leroy Corcu sağ cinahda oynatmağa məcbur olduq. Pis təsir bağışlamadı. Muarem isə çoxdan idi oynamırdı. Onu da başa düşmək lazımdır ki, belə qapanan komandalara qarşı yaxşı oyun sərgiləmək çətin olur.
- Çumbinyonun oyunu barədə nə deyə bilərsiz?
- Mən Çumbinyonun 45 dəqiqə oynamağa hazır olmadığını düşünürdüm. Amma o, pis təsir bağışlamadı.
- Mərhələ keçmək şanslarınız nə dərəcədə yüksəkdir?
- "Qarabağ"ı favorit hesab edirəm. Səfərdə vurulacaq qol bizə çox kömək edəcək. Amma bir problem var. Polşa "Piast"ında bir ucaboy hücumçu var idisə, "Gefle"də iki elə oyunçu var. Onlar "ikinci mərtəbə"də çox rahat oynayırlar. Ona görə biz cavab oyununda onların qapı qarşısına asmalar etməsinə mümkün qədər imkan verməməliyik.
- Sizə elə gəlmir ki, komandaya bir qədər də güclənmək lazımdır?
- Bizə transfer lazımdır. Çempionatın və kubokun təqvimini nəzərə alsaq, buna ehtiyacımız çoxdur. Lakin biz bir-iki transfer də etsək, onda gərək yerli futbolçulardan imtina edək. Çünki legioner limiti var, bu, problem yarada bilər. Mümkündür ki, sadəcə yarımmüdafiə xəttini gücləndirməyi xahiş edim.
- Əvvəlki oyunlardan fərqli bu dəfə Tofiq Bəhramov adına stadiona xeyli azarkeş də toplanmışdı...
- Qələbənin 50 faizində pay sahibi fanatlardır. Çox möhtəşəm dəstək verdilər.
Milli.Az
----------
13:21

DİGƏR XƏBƏRLƏR
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
“Real” Mbappeni SATIR
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Nərimanın baş məşqçisi istefaya göndərildi
-
Azarkeşlər meydana girib baş məşqçiyə hücum çəkdilər, oyun dayandırıldı
XƏBƏR LENTİ
-
"Dedi ki, Könül xanımın oxuması üçün 350 m ödəməlisiniz" - Efirdə göz yaşı tökdü - VİDEO
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır