"Real"ın ulduzu klubdan ayrılmağa qərar verib.
Milli.Az xəbər verir ki, Trent Aleksander-Arnold yay transfer pəncərəsində "Real Madrid"dən ayrılmağı planlaşdırır. İngiltərəli futbolçu klubun ona verdiyi vədlərə əməl etmədiyini düşündüyü üçün bu qərara gəlib.
Aleksander-Arnold ayrılıq baş verdiyi təqdirdə "Bayern Munhen"ə keçməyə müsbət yanaşır. Almaniya nəhəngi oyunçunun mümkün yeni ünvanı kimi əsas namizədlərdən biri göstərilir.
Milli.Az





