"Real"ın ulduzu klubdan ayrılmağa qərar verib - FOTO

20 Yanvar 2026 20:44

"Real"ın ulduzu klubdan ayrılmağa qərar verib.

Milli.Az xəbər verir ki, Trent Aleksander-Arnold yay transfer pəncərəsində "Real Madrid"dən ayrılmağı planlaşdırır. İngiltərəli futbolçu klubun ona verdiyi vədlərə əməl etmədiyini düşündüyü üçün bu qərara gəlib.

Aleksander-Arnold ayrılıq baş verdiyi təqdirdə "Bayern Munhen"ə keçməyə müsbət yanaşır. Almaniya nəhəngi oyunçunun mümkün yeni ünvanı kimi əsas namizədlərdən biri göstərilir.

Milli.Az