Ronaldonun paylaşımını qınadılar: “Çox pisdir”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səudiyyə Ərəbistanının Al-Nassr klubunda futbol karyerasını davam etdirən Kristiano Ronaldonun sosial media hesabında etdiyi paylaşım bir çox futbol azarkeşi tərəfindən tənqid olunub. Ronaldo tərəfindən deyilən sözlər, xüsusilə portuqaliyalı azarkeşlərin qəzəbinə səbəb olub.
Milli.Az xəbər verir ki, Kristiano Ronaldo, 2034 Dünya Kubokunun ev sahibinin Səudiyyə Ərəbistanı olduğunu elan edildikdən sonra sosial media paylaşımı edib. Paylaşımda Ronaldo, Səudiyyə Ərəbistanını təbrik edib və reklam çarxında 2034 Dünya Kubokunun ən yaxşı təşkilat olacağını söyləyib.
Ronaldo tərəfindən deyilən bu sözlər, xüsusilə Portuqaliyalı azarkeşləri qəzəbləndirib. Bunun səbəbi isə 2030 Dünya Kubokunun ev sahiblərindən birinin Portuqaliya olmasıdır.
Bir çox azarkeş Ronaldonun bu ifadələrini "təəssüf doğuran və çox üzücü" kimi qiymətləndirərək ulduz futbolçuya sərt reaksiya verib.
"İnfrastruktur, stadionlar, azarkeşlər - hər şeyi gördükdən sonra 2034-cü ilin ən yaxşı Dünya Kuboku olacağına daha da əminəm. Bu gün burada olan uşaqlardan biri və ya ikisi Dünya Kubokunda oynayacaq. Xüsusilə qadınların da çox inkişaf edəcəyinə inanıram. Biz hər şeydə birlikdə böyüməliyik. Yalnız futbolda deyil, həyatda da. Onları çox çalışmağa və buna inanmağa motivasiya edəcəyəm."
"Liqa son bir ildə çox sürətli böyüdü. Fərqi görə bilərsiniz və bu inanılmazdır. Hazırda liqada məğlub edilməsi çox çətin olan yeddi və ya səkkiz böyük klub var. Oyunçuların və komandaların inkişafı, səudilərin çox sürətli böyüdüyünü və daha yaxşı oyunçulara çevrildiyini göstərir. Ölkə inanılmazdır. Səudilərin çox yaxşı insanlar olduğunu düşünürəm.
Hər il böyük tədbirlər təşkil edirlər. Futbol matçları, boks, əyləncə yüksək səviyyədədir. Gələcək çox parlaq görünür. Bu ölkənin uğurunun bir hissəsi olmaqdan məmnunam və Dünya Kubokunu izləmək üçün mütləq burada olacağam." deyə sonda əlavə edib.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Məhərrəm Müzəffərov xəstəxana direktoru təyin edildi
-
Babək prospektində “BMW”nin körpüdən aşmasının anbaan videosu
-
Sabah Balakəndə qaz kəsiləcək
-
“PAYIZ ETÜDLƏRİ” adlı yaradıcılıq sərgisinə əsər qəbulu elan olunur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - (Foto)
-
Tehran öz dininə xəyanət edir
-
Pakistanda polis dəstəsinə hücum - 11 nəfər öldü, 12 yaralı var
-
Sabah yola çıxanların nəzərinə - Görünüş məsafəsi azalacaq
-
Bir balıq ovu 2 min manata başa gələ bilər
-
22 yaşlı futbolçu məşq zamanı öldü
-
Samir Bayramlı: “Ad günümə gəlmədiniz, pulu kartıma göndərin” - (Video)
-
Bu marşrutlarla gedən sərnişinlərin diqqətinə
-
Yağışlı havada hansı yeməkləri yemək lazımdır?
-
Rəqsanə qızı Yana əməliyyatdan sonra ilk dəfə – Yeni görünüşü - (Video)
-
Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur - (Foto)
-
“AzParking” sürücülərə müraciət etdi
-
"Trabzonspor"un futbolçusu Türkiyə millisinin heyətindən çıxarıldı
-
Azərbaycan millisi 7 qol buraxdı
-
Əməkdar artist oğluna toy etdi - (Foto)
-
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında səmimi dialoq - (Foto)
-
Gəncədə avtobus işıq dirəyinə çırpıldı
-
Bakıda hava kəskin dəyişir: Leysan yağacaq - Bu tarixlərdə
-
Nəfəsdən fanatlarına hörmətsizlik: Dediyi söz müzakirə yaratdı - (Video)





