İdman

İslamı qəbul etdiyi deyilən idmançı ərəb şeyxindən görün nə istədi

2 Fevral 2024 05:05
Baxış: 1 308
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı qarışıq döyüş ustası Aleksandr Yemelyanenko Səudiyyə Ərəbistanından olan şeyxlə söhbətində İslamı qəbul etməsi ilə bağlı şayiələrin ona gətirdiyi problemlərdən danışıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Aleksandr İslamı qəbul etmədiyini də bildirib.

"Bilirsiniz, Səudiyyə Ərəbistanında olarkən mən müqəddəs yerləri ziyarət etdim, onlara baxdım, hər şeyə baxdım, çoxlu yeni şeylər öyrəndim. İslam dini ilə maraqlanıram. Rusiyada pis dillər yazırdılar ki, mən İslamı qəbul etmişəm. Amma mən İslamı qəbul etməmişəm. İslamda hörmətli bir şəxs kimi sizdən bunun doğru olmadığını təsdiq etməyinizi xahiş edirəm. Sadəcə, buna görə böyük problemlər yaşamağa başladım", - Yemelyanenko sosial şəbəkədəki səhifəsində yayımlanan videoda deyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.