İdman

“Qarabağ”ın oyununda 9 qol

11 Yanvar 2024 21:48
Baxış: 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" mövsümün ikinci yarısının hazırlığını davam etdirir.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, yanvarın 5-də qış toplanışına start verən komanda bu gün ilk yoxlama oyununu keçirib.

Rəqib "Qarabağ-2" olub.

Məhsuldar keçən qarşılaşmada 9 qol vurulub. 7:2 hesablı qələbə qazanan "Qarabağ"ın heyətində Leandro Andrade, Olavio Juninyo və Abdullah Zubir birinci hissədə fərqləniblər. Fasilədən sonra Nəriman Axundzadə və Hamidu Keyta dubl müəllifi olublar. Əvəzedicilərin qollarına Musa Musazadə və Nurlan Şabanov imza atıblar.

Qeyd edək ki, "Qarabağ" yanvarın 15-də "Zirə" ilə də yoxlama oyunu keçirəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.