İdman

Qadın futbolçulardan ibarət Azərbaycan millisi B Liqasında

1 Dekabr 2023 23:11
Baxış: 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, C Liqasında yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda 3-cü qrupun V turunda Kiprin qonağı olub.

Qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə bitib. 9-cu dəqiqədə Diana Məmmədova fərlənib.

Beləliklə, xallarının sayını 13-ə çatdıran millimiz qrup liderliyini təmin edib və B Liqasına yüksəlib.

Qrupun digər görüşündə Monteneqro Farer adalarını 9 cavabsız qolla üstələyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.