ABŞ-ın "Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) tarixi rekorda imza atıb.
Milli.Az report-a istinadən xəbər verir ki, 39 yaşlı oyunçu buna "Yuta Caz"a 131:99 hesabı ilə qalib gəldikləri matçda nail olub.
Bu görüşdə 17 xal toplayan təcrübəli basketbolçu NBA-da 39 min xalı keçən ilk idmançı kimi tarixə düşüb.
2003-cü ildən peşəkar karyerası davam edən L.Ceyms 4 dəfə NBA çempionu olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun