İdman

Mahir Emreli Modriçin komanda yoldaşı ola bilər

16 Sentyabr 2023 16:25
Baxış: 5 163

İspaniya "Real"ının xorvatiyalı ulduz futbolçusu Luka Modriç ölkəsinin "Dinamo" klubuna qayıda bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin İdarə Heyətinin sədri Vlatko Peras "İndex" nəşrinə müsahibəsində bildirib.

O, bunun gerçəkləşməsi üçün əllərindən gələni edəcəklərini söyləyib:

"Onun müqaviləsinin son ilidir. Qışda mütləq Modriçə zəng edəcəyəm. Necə ola bilər ki, klub onu geri qaytarmaq istəməsin? Daim əlaqədə olduğumuzu deyə bilmərəm, amma ailə üzvlərini tanıyıram. Karyerasını bitirməmişdən əvvəl "Dinamo"da çıxış etməsi məntiqli olardı. Niyə də yox?"

Qeyd edək ki, Zaqreb klubunun yetirməsi olan Luka Modriç 2003-2008-ci illərdə əsas komandanın formasını geyinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics