İdman

"Sabah"ın Konfrans Liqasındakı rəqibi müəyyənləşdi

20 İyul 2023 21:22
Baxış: 1 233
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, Bakı klubu bu raundda Latviyanın RFŞ komandası ilə üz-üzə gələcək.

Latviya təmsilçisi I təsnifat mərhələsinin cavab görüşündə Şimali Makedoniyanın "Makedoniya" kollektivinə 4:1 hesabı ilə qalib gəlib. Meydan sahibləri ilk görüşdə də rəqibini üstələmişdi - 1:0.

Qeyd edək ki, "Sabah" RFŞ-ə qarşı ilk matçını iyulun 27-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.