Cəmiyyət

Vətən Müharibəsində şəhadət zirvəsinə ucalan qəhrəman - VİDEO

21 İyun 2021 12:04
Baxış: 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O cəmi 20 yaşa böyük döyüşçü, qəhrəman adını sığdırmağı bacardı, özündən geriyə isə müqəddəs şəhid adı, 1 orden, 5 medal qoyub getdi. Samux rayonunun Qovlarsarı kənd sakini Emil Sadıqzadə hərbi xidmətdə olarkən başlayan vətən müharibəsinə qatıldı. Döyüşlərdə böyük şücaət göstərən Emil Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hərbi xidmətə yollandığı ilk gündən XTQ-nin sıralarına cəlb olundu, birləşmənin tərkibində ən ağır təlimlərdən keçərək torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda son savaşa hazırlandı. Tərxis olunmasına 2 ay qalmış başlayan Vətən müharibəsinə qatıldı və döyüşlərdə böyük şücaət göstərdi. Söhbət Samux rayonunun Qovlarsarı kənd sakini Emil Sadıqzadədən gedir.

Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olan Emilin döyüş yoldaşlarının onun haqqında danışdıqları indi ailəsini qürurlandırır. 

Musiqi məktəbini bitirən Emil sevdiyi, Azərbaycan bayrağı ilə bəzədiyi qarmonunu da özü ilə xidmətə aparmışdı. İfaları ilə hərbi hissənin mədəni-kütləvi tədbirlərinə rəng qatırdı.

Emil Sadıqzadənin qəhrəmanlıqları qiymətsiz qalmadı. O, ölümündən sonra  "Rəşadət" ordeni, "Cəsur döyüşcü"," Vətən uğrunda", " Xocavəndin azad olunmasına görə", " Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə ", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.