Cəmiyyət

Polad Bülbüloğlu Şuşada ata evinin bərpası haqqında danışdı - VİDEO

16 May 2021 17:44
Baxış: 2 231
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polad Bülbüloğlu illər sonra Bülbülün doğulduğu evi ziyarət edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bülbülün doğulub boya-başa çatdığı Şuşadakı evindən sadəcə iki divar salamat qalıb.

Şuşaya "Xarı Bülbül" festivalı çərçivəsində səfər edən Polad Bülbüloğlu bir neçə sənət adamlarına Bülbülün evi barədə məlumat verib.

O, bildirib ki, həmin ev ümummilli lider Heydər Əliyevin tapşırığına əsasən 1983-cü ildən Bülbülün Bakı Muzeyinin Şuşa filialı kimi fəaliyyət göstərib. Burada Bülbülə aid məlumatlar, müxtəlif eksponatlar olub. Amma işğalçılar buranı tam talan edib və hər şeyi dağıdıb.   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.