Anasını doğulanda, atasını müharibədə itirən Adəmin həkimə ehtiyacı var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Torpaqlarımızın işğaldan azad edilməsində şəhid olmuş qəhrəmanlardan biri də Tərtərin Borsunlu kəndində anadan olmuş 1991-ci il təvəllüdlü Elman Məmmədovdur. 29 yaşlı Elman Məmmədov orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. Xidmətini başa vurduqdan sonra 10 il toylarda fotoqraf kimi çalışıb. 2020-ci ilin iyununda yenidən hərbiyə yazılaraq MAXE kimi fəaliyyət göstərib. 27 yaşında 7 il sevdiyi xanımla ailə həyatı quran şəhidimiz 1 ildən sonra həyat yoldaşını itirib. Belə ki, onun həyat yoldaşı Xanım Məmmədova doğuşdan 10 gün sonra vəfat edib. İndi onların 2 yaşlı oğlu Adəm Vətənə yadigar qalıb.
Milli.Az bildirir ki, qafqazinfo şəhidin ailəsi ilə söhbətləşib. Atası Bəhmən Məmmədov bildirib ki, Elman ailənin sonbeşiyi olub: "3 oğlum var idi, biri şəhid oldu. Elman bizi müharibədə olmadığına inandırmağa çalışırdı. Amma içimdə hiss edirdim ki, vəziyyət dediyi kimi deyil. Sonuncu dəfə oktyabrın 1-də bizimlə danışdı. Hər kəsin hal-əhvalını xəbər aldı, oğlunun vəziyyətini soruşdu, yaxşı olduğuna bizi inandırdı. O, Füzulinin Alxanlı kəndində tank mərmisindən şəhid olub. 12 yoldaş olublar, onlardan 7-si şəhid olub, 5-i yaralanıb.
.jpg)
Kənddən bir oğlan Elmanla birgə döyüşürdü. Gəlib danışdı ki, Elmanın qanlı nəşini o daşıyıb. Mənim ortancıl oğlum da zabit kimi müharibədə iştirak edib. Hər iki qardaş bir-birindən xəbərsiz Füzuli istiqamətində döyüşüb. Elman müharibədə bir sıra qəhrəmanlıqlar edib. Yaralı komandirinə, əsgərlərə kömək edib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalıyla təltif edilib".
Şəhidin anası Müşkinaz Məmmədova da hər ana kimi oğlunun ölümünü qabaqcadan hiss etdiyini deyir. M. Məmmədova qeyd edib ki, müharibə başlayandan ermənilər yaşadıqları Borsunlu kəndini mütəmadi atəşə tutduqlarına görə kəndi tərk edib Mingəçevirə qohumlarının evinə gediblər.
Elman şəhid olan günü isə səhər saatlarında birdən huşunu itirərək halsız vəziyyətə düşüb:
"Elə qohumlar dedilər ki, sənə nə oldu? Halsız halda məni aparıb yatağa uzandırıblar. Ayılanda gördüm ki, yenə heç hara sığmıram. Evimizə getmək istədim və getdim. Sonra ayın 3-ü axşam oğlum mənə də dedi ki, Elman şəhid olub. Ondan bir gün qabaq Elmanla danışmışdım. Məni tamam arxayın etmişdi ki, müharibədə iştirak etmir. Adəmi mənə tapşırdı. Bu zaman mən narahat oldum. Dedi ki, onu Bakıya həkimə aparım. Dedim ki, inşallah özün gələrsən birlikdə aparırıq.
Adəm hazırda 2 yaş yarımlıqdır, ancaq heç danışa bilmir. O, həm anadan, həm də atadan güllə alıb. Elman şəhid olan gün gəlib məndən elə yapışdı ki...
.jpg)
Sanki bütün bu yaşananlar ona təsir edib. Hazırda ana nənəsinin yanında qalır. Özgə adamlar görən kimi ağlamağa başlayır. Onun serebral iflic olmasından şübhələnirəm. Rayonda həkimlərə göstərmişəm, məni arxayın edirlər ki, problemi yoxdur, danışacaq. Ancaq buna inanmıram. İstəyirəm ki, Bakıda yaxşı bir mütəxəssis tapaq onu müayinə etdirək".
Şəhid anası bildirir ki, hazırda nəvəsini-şəhid övladını hərtərəfli müayinə etdirmk onlar üçün çox vacibdir:
"Ana nənəsi də qızını itirdiyindən çox israr etdi ki, Adəm onunla qalsın, qızının iyini nəvəsindən almaqla təsəlli tapmağa çalışır. O da yeganə qız övladını itirib.
Elman Xanımı itirəndən sonra çox pis olmuşdu. Onun yoxluğuyla barışa bilmirdi. Tez-tez Xanımı yuxusunda görürdü, hər dəfə də yuxusunu mənə danışardı. Bir gün dedi ki, yuxuda Xanımın qəbrini açıb, üstündə pambıq olub. Xanım bundan soruşub ki, sən ölməmisən?! "7 gündür dəli olmuşam, elə bildim ki, sən ölmüsən"-deyə Elmandan soruşub.
Xanımı o qədər çox sevirdi ki... Heç onsuz yaşaya bilmirdi. Bəlkə Xanım sağ olsaydı, o da dünyada qalardı. Həkim səhlənkarlığı ucbatından gəlinimi də gənc yaşda itirdim, nəvəm yetim qaldı".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
XƏBƏR LENTİ
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb





