Cəmiyyət

Şəkidə yük maşını yanıb

6 Aprel 2021 08:08
Baxış: 456
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəki Rayon Baytarlıq İdarəsinə məxsus yük maşınında yanğın olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, aprelin 5-də axşam saat 23:40-da şəhərin Z.Əliyeva küçəsində rayon sakini Anar Hacıəliyevin  idarə etdiyi "QazEl" markalı 55-AZ-824 dövlət nömrə nişanlı xırdatutumlu yük maşınının mühərrik hissəsində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində maşının tam yanmasının qarşısı alınıb. Yanğın nəticəsində ön hissəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.