Naxçıvan Qarnizonu Qoşunlarında taktiki təlim məşqi keçirilib - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı"na əsasən "Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə Naxçıvan Qarnizonu Qoşunlarının birgə fəaliyyəti" mövzusunda birgə taktiki təlim məşqi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlim məşqinin ssenarisinə əsasən sərhəd pozucuları dövlət sərhədini pozaraq qeyri-qanuni şəkildə Naxçıvan Muxtar Respublikasının ərazisinə keçməyə cəhd edirlər. Dövlət sərhədinin pozulması halı aşkar edildikdən sonra sərhədin mühafizəsi gücləndirilməklə aidiyyatı qurumların müvafiq bölmələri xəbərdar edilir. Sərhəd naryadından daxil olmuş siqnala əsasən şəxsi heyət "Silaha" komandası ilə qalxır, "Həyəcan qrupu" sərhəd naryadları hadisə baş vermiş əraziyə hərəkət edir.
Axtarış rayonunda dövlət sərhədinin pozulduğu istiqamətdə sərhəd pozucularının dərinliyə sızmasına imkan verməmək məqsədilə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının bağlama qrupları ilə birgə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrindən və Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlı dəstəsindən ayrılmış qruplar da cəlb edilməklə təyin olunmuş hüdudlar boyu ərazi bağlanır.
Əməliyyat-axtarış tədbirlərinin daha effektli həyata keçirilməsi üçün əməliyyat rayonunda birgə qərargah yaradılır. Əlahiddə Ümumqoşun Ordunun, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının və Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının axtarış qrupları ilə əməliyyat rayonunda sərhəd pozucularının aşkarlanması və yaxalanması məqsədilə xüsusi texniki vasitələrin imkanlarından istifadə edilməklə təxirəsalınmaz sərhəd axtarışı tədbirləri keçirilir.
Aparılmış uğurlu axtarış əməliyyatları nəticəsində dronların müşahidəsi ilə aşkar olunmuş sərhəd pozucuları müxtəlif istiqamətlərdə mühasirəyə alınaraq yaxalanır.
Yaxalanmış sərhəd pozucuları aidiyyəti orqanlara təhvil verildikdən sonra sərhəd axtarışı ərazisində fəaliyyət dayandırılaraq rejimə qoyulmuş məhdudiyyətlər aradan qaldırılır.
Əlahiddə Ümumqoşun Ordunun, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının, yerli hüquq-mühafizə və icra orqanlarının, həmin ərazidə yaşayan vətəndaşların birgə fəaliyyəti nəticəsində təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
XƏBƏR LENTİ
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı





