AQTA-dan "quş qripi" xəbərdalığı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) tərəfindən daxil olan məlumatlara əsasən cari mövsümdə dünyanın bir sıra ölkələrində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb və hazırda xəstəliyin yayılma arealı genişlənməkdə davam edir.
AQTA-dan Milli.Az-a bildirilib ki, daxil olan məlumatların təhlili göstərir ki, xəstəliyin törədicisi əksər hallarda vəhşi quşlar vasitəsilə yayılır və ev quşlarının yoluxması xəstə vəhşi quşlarla təmas nəticəsində baş verir. Köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğuxəstəliyin yayılma riskini artırır ki, bunun qarşısının alınması üçün vətəndaşlar tərəfindən aşağıdakı zəruri tələblərə əməl olunması vacibdir:
- Ailə təsərrüfatlarında və müxtəlif həcmli fermer təsərrüfatlarında quşların yalnız qapalı şəraitdə saxlanması, təsərrüfatda olan quşların, həmçinin quşların yemlənməsi üçün istifadə olunan yemlərin vəhşi quşlarla təmasının qarşısının alınması;
- Ölü halda çöl və ev quşlarına rast gəldikdə bu barədə aidiyyəti üzrə məlumat verilməsi (AQTA-nın "1003-Çağrı Mərkəzi" və regional bölmələri, rayon baytarlıq idarələri və s.);
- Quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.) gigiyena qaydalarına ciddi şəkildə əməl olunması və sanitariya-gigiyena tələblərinin gözlənilməsi;
- Quşların nəqliyyat vasitələrində açıq şəkildə, baytarlıq nəzarətindən kənar və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmaması;
- Quşların açıq şəkildə satılmasına və ya yol kənarlarında, ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və digər yerlərdə diri halda satışının, yaxud nümayiş olunmasının həyata keçirilməməsi;
- Qoruq ərazilərində, parklarda, dəniz kənarında və digər açıq ərazilərdə vəhşi və sinantrop (yaşayış yerlərində məskunlaşmış göyərçin, sərçə, qarğa və s.) quşlarla təmasa yol verilməməsi;
- Təsərrüfatlara başqa təsərrüfatlardan quş, yem və qulluq əşyalarının gətirilməməsi və s.
Bununla əlaqədar olaraq, AQTA vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa, eyni zamanda xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmağa, şübhəli hallarla bağlı dərhal aidiyyəti üzrə məlumat verməyə çağırır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
Astaranın üç kəndində qaz kəsildi
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
XƏBƏR LENTİ
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid övladını ilk dərsə apardı - (Foto)
-
Koutinyo Neymarla komanda yoldaşı oldu
-
Nazir sinfə girdi, birincilərin reaksiyası diqqət çəkdi - (Video)
-
Hərbi çağırışdan boyun qaçıran 2 nəfər barədə cinayət işi başlandı
-
Çağla Boz barəsində qərar verildi
-
XİN-dən Bakının azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım
-
Avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Azərbaycanın nefti 127 dollara yüksəldi
-
Birinci sinfə gedən şagirdlərin sayı açıqlandı
-
Serxio Ramos özünə yeni klub tapdı - İngiltərədə oynayacaq
-
Sentyabrın son günləri üçün 5 bürcə şad xəbər - Həyatları dəyişəcək
-
Xuraman Əlizadə canlı yayımda ağladı – (Video)





