Şəhid anası: Digər övladlarım da Vətən uğrunda döyüşə hazırdır - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalqımız Vətən müharibəsinin qələbəsini öz qanları ilə tarixin səhifəsinə əbədi həkk edənləri heç zaman unutmayacaq. Şanlı qələbənin qazanılmasında tarix yazan igidlərimizdən biri də Niyaməddin Məhərrəmovdur. Şəhid qəhrəmanımızı yaxından tanıyaq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Niyaməddin Məhərrəmov Beyləqan rayonunun Eyvazalılar kəndində doğulub. Hələ kiçik yaşlarından Vətənə böyük sevgisi olub. Hər bir azərbaycanlı kimi onu da daim torpaqların azad olunması düşündürüb. Odur ki, sentyabrın 27-də Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərdə iştirak edib. Müharibənin ilk günündən düşmənin müdafiə xəttinin yarılmasında qəhrəmanlıqla döyüşüb. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə şücaət göstərib.
Şəhidin atası Əmiraslan Məhərrəmov deyir ki, Niyaməddin döyüşə getməzdən əvvəl gecə yatmayıb, Qarabağla bağlı mahnılar oxuyub. "Sonuncu dəfə Azərbaycan marşını oxuyurdu. Səhər sənədlərini topladı, birlikdə hərbi komissarlığa getdik. Oradan ön cəbhəyə yola düşdü. Dedi ki, narahat olmayaq, salamat qayıdacaq. Sonra isə dedi ki, bu, müharibədir, gələ də bilər, gəlməyə də...".
Niyaməddin Məhərrəmov ailəli idi. İki azyaşlı övladı Ayan və Ayxan Vətənə əmanət qaldı. O, müharibəyə gedəndə ailəsindən, uşaqlarından narahat deyildi. Çünki, qardaşlarının onlara dəstək olacağını bilirdi.
Müharibəyə gedən gün həyat yoldaşının ona ünvanladığı "Bəs uşaqların taleyi neçə olacaq" sualına isə əsl vətənpərvər kimi cavab verib.
Şəhidin anası Nəzakət Məhərrəmova: "Çox vətənpərvər oğul idi. Həyat yoldaşına deyib ki, Vətən mənə övladlarımdan da şirindir. Biz anamızı, bacımızı, Vətənimizi qorumuruqsa, bu torpaqda biz niyə gəzirik?! Şükür gözümün biri ağlayırsa, biri də gülür. O biri övladlarım da Vətən yolunda döyüşə hazırdır. Özüm də qadın olduğuma baxmayaraq, Vətən uğrunda döyüşərəm. Allah bütün şəhidlərə rəhmət eləsin, hamısı mənim balamdır".
Niyaməddinin əmisi Musa Məhərrəmov deyir ki, torpaq uğrunda şəhid varsa, Vətəndir: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə də cansağlığı versin. Vətən sağ olsun! Allah Prezident İlham Əliyevin canını sağ eləsin! Şəhidlərimiz olsa da, torpaqlarımızı geri aldıq, düşmənə göz dağı verdik".
Şəhidin dayısı Cəmil Həsənov da Vətən müharibəsində qələbənin ordumuzun gücü, qəhrəman oğullarımızın şücaəti sayəsində qazanıldığını bildirir: "Onlar Vətən uğrunda, xalqımız üçün canlarını fəda etdilər. Döyüş yoldaşları Niyaməddinin cəsurluğundan, qorxmazlığından danışırlar. Deyirlər ki, müharibə başlayan gündən qabaqda döyüşüb. Qəhrəmancasına şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
XƏBƏR LENTİ
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb





