Cəmiyyət

Sentyabr ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb

15 Sentyabr 2020 15:50
Baxış: 2 479
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu gün sentyabr ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb.

Fonddan Milli.Az-a verilən məlumata görə, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də sentyabr ayının pensiyaları ödənilib. Vətəndaşlar pensiyalarını Beynəlxalq Bankdan və Kapital Bankdan verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar sentyabrın 10-da ödənilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.