Bu il balıq bazarında artım müşahidə edilir - SƏBƏB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən illərlə müqayisədə bu il balıq bazarında artım müşahidə edilir.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Həvəskar Balıqçılar İttifaqının sədri Əfqan Əliyev deyib. Onun sözlərinə görə pandemiya ilə əlaqədar ölkədə tətbiq edilən sərt karantin qaydalarına görə bu il qanunsuz balıq ovlamaq da məhdudlaşdırılıb: "Mart, aprel və may aylarında karantin olduğu üçün balıq ovuna da gedən olmadı. Bununla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də qanunsuz balıq ovuna qarşı mübarizə tədbirlərini gücləndirib, qanunsuz balıq ovunun qarşısı demək olar ki, azalıb. Bu da balıqların sayının artmasına səbəb olub. Artıq sentyabrın 1-dən ölkədə balıq ovuna icazə verilib. Hazırda ölkə bazarlarına çıxarılan balıqların sayında artım var. Əsasən, bazara yerli məhsullar çıxarıldığından balığın qiyməti də ucuzlaşıb. Amma idxal olunan balıq və balıq məhsullarının qiymətində nisbətən bahalaşma var. Eyni zamanda, idxal olunan balıqların da həcmi çoxalıb. Hazırda çalışırıq ki, Azərbaycanda su hövzələrinin sayını artıraq ki, yerli balıqlara daha çox üstünlük verilsin".
Ə.Əliyev deyib ki, Azərbaycanın yerli məhsulu olan Azərbaycanın kütüm balığı Azərbaycandan başqa digər ölkələrdə baha satılır: "Kütüm yeganə balıq növüdür ki, yalnız Xəzər dənizində yaşayır. Son 2 ildə Azərbaycanın su hövzələrində balıq artımı müşahidə olunur. Hazırda su hövzələri də balıqların sayının artırılması ilə bağlı ciddi tədbirlər görülür. Qanunsuz balıq ovu üçün sintetik balıq torlarına ölkəyə idxalının da qarşısı alınıb. Artıq Xəzəryanı ölkələrin Balıqçılar Federasiyaslnı yaratmaq fikrindəyik. Bununla bağlı Xəzəryanı ölkələrin əlaqədar qurumları ilə danışıqlar aparılır. Məqsəd Xəzər dənizinin balıq növləri və digər canlıların qorunmasıdır".
İttifaq sədri bildirib ki, hazırda Xəzəryanı ölkələrdə balıqların qorunmasına nəzarət mexanizmi zəifdir: "Xüsusən, Rusiya tərəfdə, Dağıstan və Astarxanda bu məsələyə nəzarət zəifdir. Ona görə də birləşib federasiya yaratsaq, bu məsələyə nəzarət güclənər".
Ə.Əliyev qeyd edib ki, sovetlər dövründən sonra Azərbaycanda sənaye balıqçılığının inkişafı zəifləsə də, hazırda bu sahə öz inkişaf dövrünü yaşayır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ətir seçərkən bunlara diqqət edin
-
Bakıda dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş - (Foto-Video)
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
XƏBƏR LENTİ
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
Mingəçevirdə binada yanğın - Zəhərlənənlər var - (Foto)
-
Almaniyada yanacaq bahalaşdı
-
Bakıda dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş - (Foto-Video)
-
Saç qaynağının gizli təhlükəsi
-
10 günə 100 min özbək Rusiyadan getdi
-
Dünyada ilk dəfə belə döyüş oldu - (Video)
-
Selin Dion 6 il sonra səhnəyə qayıtdı - (Video)
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Elgiz əməkdar artistlə verilişdə "söz savaşı"na çıxdı" - (Video)
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Əməkdar artist görünüşündə dəyişiklik etdi - (Video)
-
Həmin gündən 4 il ötdü... - (Fotolar)
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Soda İbrahimiyə edam cəzası verildi
-
“Çocuklar Duymasın”ın aktrisası tanınmaz halda - (Foto)
-
"Məhkəməyə onun qardaşı yox, Güllünün oğlu kimi gedəcəyəm"





