Milli.Az xəbər portalının Kəpəz TV kanalına istinadən verdiyi məlumata görə, bölgələrdə yerli bölmələrin inkişafına xüsusi önəm verən Azərbaycan Qızıl Aypara Cəmiyyəti yerlərdə bir sıra tədbirlər həyata keçirməkdədir.
Belə layihələrdən biri isə bu gün Qızıl Aypara Cəmiyyətinin Gəncə Regional Bölməsində gənclər üçün fəaliyyətə başlayan kompyuter kursudur. Kompyuter kursunun təqdimat mərasimində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bərdə ofisinin rəhbəri Elen Plenevü və yerli bölmənin əməkdaşları iştirak edib.
Çıxışlarda bildirilib ki, Qızıl Aypara Cəmiyyətinin Gəncə Regional Bölməsinə Kompyuterlər Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən verilib. Altı ədəd kompyuter vasitəsi ilə həftənin beş günü aztəminatlı və şəhid ailələrinin övladları təmənnasız, digər təbəqədən olan vətəndaşlar isə ödənişli əsaslarla kompyuter biliklərinə yiyələnəcəklər. Kommersiya strukturu və istehsal sahələri olmayan Qızıl Aypara Cəmiyyəti fəaliyyətini üzvlük haqları və ianələr hesabına həyata keçirdiyindən kursların müəyyən qismini pullu edir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə deyib ki, pullu kurslardan əldə ediləcək maliyyə vəsaitləri yalnız bu kursların daha da genişləndirilməsinə, eləcə də, Qızıl Aypara Cəmiyyətinin Gəncə Regional bölməsində qeydiyyatda olan tənha qocalara, imkansız insanlara və digər humanitar yardımların göstərilməsində istifadə
ediləcək. Kompyuter kurslarından sonra isə Qızıl Aypara Cəmiyyəti tərəfindən gənclər üçün ingilis dili və ilkin tibbi yardımın öyrədilməsi məqsədilə kursların açılması da planlaşdırılır.
Xatırladaq ki, Qızıl Aypara Cəmiyyətinin cəbhəyanı yeddi bölməsində belə kurslar fəaliyyət göstərir. Digər bölmələrdə isə gələcəkdə bu qəbildən olan kursların açılması nəzərdə tutulur.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Qızıl Aypara Cəmiyyəti kompyuter kursu açıb
16 Dekabr 2011 21:15
Baxış: 1 789

DİGƏR XƏBƏRLƏR
-
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
-
Günün qoroskopu: Hisslər və məntiq arasında gərginlik mövcuddur
-
Bu rayonda qaz olmayacaq
-
Prezident İlham Əliyev Trend BİA və Day.Az-ın bir qrup əməkdaşını təltif edib
-
Azərbaycanda qəribə hadisə - Atasının cinsi qadın kimi qeyd olundu
-
Arxeoloji məlumatların sistemli elektron bazası yaradılacaq
XƏBƏR LENTİ
-
Bu ərazilərdə işıq olmayacaq
-
Tramp Prezident İlham Əliyevin çıxışını paylaşdı - VİDEO
-
Bülbül Vokal Məktəbi tələbə qəbulu elan edir
-
İki valyuta bahalaşdı, dollar isə...
-
Ayşənin son videosu üzə çıxdı - “Bir gün ölsəm, bu videonu..." - VİDEO
-
Prezident media nümayəndələrini milli mətbuatın 150 illiyi münasibətilə təbrik etdi - FOTO
-
Tramp məzuniyyətini bu ölkədə keçirəcək
-
Geoloqlar gözlənilmədən qəribə mavi hovuz tapdı: Onun özəlliyi nədədir?
-
Qarpızı kəsmədən əvvəl mütləq bunu edin – Zəhərlənə bilərsiniz
-
2025 üçün qorxulu ssenari - Yadplanetlilər, süni intellekt , III Dünya Müharibəsi...
-
Bağırsaq üçün ən yaxşı meyvə açıqlandı - Diabet riskini də azaldır
-
58 yaşında 4-cü dəfə evlənir - FOTO
-
Bakıda kişi ona ev verən qocanı ÖLDÜRDÜ - Cinayətin DETALLARI
-
Xına gecəsində damğa vuran hadisə! Bəy nə baş verdiyini anlamadı - VİDEO
-
Son anda Türkiyəyə gəlməkdən imtina etdi - təyyarəyə minmədi - Nə baş verir? - FOTO
-
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
-
Günün qoroskopu: Hisslər və məntiq arasında gərginlik mövcuddur
-
Rusiyada ard-arda güclü zəlzələlər oldu
-
Rusiya-Ukrayna danışıqları bu tarixdə baş tutacaq
-
Usikin qələbəsinə yoldaşından duyğusal mesaj: “Çempionum, qəhrəmanım!”
-
AZAL-ın təyyarəsini vuranın - FOTOsu
-
Razılıq əldə olundu - “Patriot”lar Ukraynaya göndərilir
-
İsti havada səhnə geyimi bəyənilmədi
-
Asim Xudiyev UEFA-dan növbəti təyinat aldı