Müştərilər belə aldadılır: aldıqları çörək, əslində... - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda koronavirusa qarşı zəncəfilli çörək istehsal edilir. Sosial şəbəklərdə yayılan çörəyin fotosu geniş müzakirələrə səbəb olub. Çörəyin üzərində antikoronaviruslu sözü yazılıb. Ekspertlərin sözlərinə görə, pandemiya dövründə bəzi işbazlar yaranmış vəziyyətdən istifadə edərək, istehlakçıları aldatmağa çalışırlar.
Milli.Az bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Eyyub Hüseynov - AİB-in sədri: "Hətta müqəddəs hesab etdiyimiz, gündəlik istehlak malı olan çörəyə də bu pandemiyanı necə deyərlər tətbiq edib, çoxlu pul qazanmaq istəyirlər. Tərkibinə zəncəfil vuraraq insanları cəlb edir və onları aldadır. Bu, istehlakçıların birbaşa aldadılmasıdır".
Sakin: "Mən elə şeylərə inanmıram".
Sakin: "Mən açığını deyim, elə şeylərə inanmıram. Ona da mənfi münasibət bəsləyirəm. Elə çörək də almıram. Onlar pul qazanmaq xatirinə müəyyən şeylərə əl atırlar".
Həkimlər deyir ki, ümumiyətlə, hər hansı bir ərzaq məhsulunun koronavirus əleyhinə təsirinin olması mümkün deyil. Hətta bəzi qidaların karbohidrat dəyərinin çox olması orqanizmin müqavimətini zəiflədir ki, nətəcədə koronavirusa yoluxma riski artır.
Mətanət Cəfəroca - Həkim: "Burada olan qidalı elementlərin miqdarı az olur. Yəni karbohidrat dəyəri yüksək olan qidalarda. Amma heç bir qida məhsulunun virus əlaeyhinə, eləcə də koronavirus əleyhinə təsiri yoxdur. Bu təsirin olması üçün bunun bir elmi sübutu olmalıdır. Alimlər bunun üzərində işləməlidir və rəy verməlidir".
Hazırda koronovirusa qarşı olduğu iddia edilən çörəyin istehsal olunduğu müəssisədə işçilər müdiriyyətin iş yerində olmadığını deyərək, müsahibə vermək və yaxud da həmin çörəyin istehsal prosesini göstərmək istəmədilər.
Ekspertlər deyirlər ki, yeyinti məhsulları haqqında qanuna görə, müvafiq qurumların icazəsi olmadan istehsalçıların qida məhsulunun üzərinə istədiyi sözü yazmaq icazəsi yoxdur.
Eyyub Hüseynov - AİB-in sədri: "Yəni, o icazə də elə-belə olmur. Bu cür çörək əgər mövcud ola bilərsə, eksperiment olunmalıdır. Xəstələr üzərində illərlə eksperiment aparılmalıdır. Ondan sonra Səhiyyə Nazirliyi icazə verə bilər ki, bu çörəyin üzərinə belə yazmaq olar. Düşünürəm ki, bu cür çörək istehsalı ilə məşğul olan insanlar, şirkətlər belə etməməlidir, insanları aldatmamalıdır".
Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, sözügedən faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər həyata keçirilib və hazırda bu ad altında məhsul istehsal edilmir. Sosial şəbəkələrdə yayılan foto isə üzərində də qeyd edildiyi kimi aprel ayında çəkilib.
Qeyd edək ki, həmin çörəyin istehsal olunduğu müəssisə Balaxanı sənaye parkının ərazisində yerləşir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
XƏBƏR LENTİ
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı





