Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda probasiya xidməti haqqında qanun hazırlanır
25 Oktyabr 2011 11:10
Baxış: 3 612
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov çərşənbə axşamı Trend-ə bildirib ki, qanun layihəsinin hazırlanması məqsədilə xarici ölkələrin təcrübəsi öyrənilib.
Probasiya xidməti dedikdə azadlıqdan məhrumetmə cəzasını əvəz edən cəzalar başa düşülür.
Əlixanovun sözlərinə görə, Avropa ölkələrinin Penitensiar xidmət rəhbərlərinin 16-cı konfransında bununla bağlı məsələ geniş müzakirə olunub.
"Probasiya xidməti bir sıra ölkələrdə artıq mövcud olsa da, əksər ölkələrdə bu istiqamətdə qanunvericiliyə dəyişikliklər edilməsi üzrə hazırlıq işləri aparılır", - rəis müavini deyib.
Xidmət rəsmisi qeyd edib ki, konfransda məhkəmələr tərəfindən azadlıqdan məhrumetmə ilə əlaqədar cəzaların verilməsi təcrübəsinin Avropa ölkələrində az tətbiqindən narahatlıq ifadə olunub.
Məhkumların vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Avropada vahid təcrübənin olmadığını vurğulayan Əlixanovun sözlərinə görə, bu sahədə vahid qaydanın tətbiqi qeyri-mümkündür. Çünki, bu proses həyata keçirilərkən ölkələrin vəziyyəti, inkişaf səviyyəsi, mentaliteti nəzərə alınmalıdır.
"Elə cinayətlər var ki, onlara probasiya xidmətində nəzərdə tutulan cəzaların tətbiqi mumkün deyil. Az ağır, ağır və xüsusilə ağır cinayətlərə bu qayda tətbiq oluna bilməz", - PX rəsmisi deyib.
Onun sözlərinə görə, probasiya xidmətinin yayıldığı ölkələrdə məhkumlar vaxtından əvvəl azadlığa buraxılarkən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalar (qolbaq üsulu - şəxsin qoluna qolbaq taxılır və o, müəyyən edilmiş ərazidən çıxarsa, həbs olunur; polisin nəzarətinə vermə, cərimə, islah işləri cəzaları) tətbiq olunur.
Əlixanov bildirib ki, məhkumların vaxtından əvvəl azad olunması üçün xüsusi hazırlıq prosesi aparılmalı, məhkumlar azad həyata hazırlanmalıdırlar.
Onun sözlərinə görə, bu prosedurun həyata keçirilməsində yüksək məsuliyyətə və dünyagörüşünə malik, insanlarla davranmaqda, onları ələ almaqda bacarığı və səriştəsi olan, eləcə də xidmətin maraqlarına zidd hərəkətlərə yol verməyə meylli olmayan şəxslərin iştirakı zəruridir.
"Bu prosesin həyata keçirilməsi zamanı isə əsas məqsəd ondan ibarət olmalıdır ki, azadlığa buraxılmış məhkumun yenidən cinayət törətməsi, həbsxanaya qayıtması riski minimuma ensin", - Əlixanov deyib.
Qeyd edək ki, qanunvericilik cinayətlərin ağırlıq dərəcəsindən asılı olaraq məhkumların cəzalarının 1/3 (az ağır cinayətlər üzrə) və ¾-nü (ağır və xüsusilə ağır cinayətlər üzrə) cəkdikdən sonra vaxtından əvvəl azadlığa buraxılmasını müəyyən edib.
Konfransda "Penitensiar xidmət işçilərinin etika kodeksi"nin qəbulu məsələsi də müzakirə olunub.
Rəis müavini bildirib ki, Azərbaycanda bu sahədə həyata keçirilən islahatlar, Avropa standartlarının tətbiqi, məhkumların cəzalarının daha yüngül cəza növü ilə əvəz olunması, vaxtından əvvəl azad etmə və cəmiyyətə inteqrasiya olunmaları üzrə görülən tədbirlər müsbət qiymətləndirilib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır
-
Bu şəxslər 1600 manat birdəfəlik müavinət alacaq
-
Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA
-
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
XƏBƏR LENTİ
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır
-
Prezident İlham Əliyev: Şəhərsalma elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik
-
Azərbaycan Prezidenti: Bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk
-
Prezident İlham Əliyev: Bakı həm qədimlik, həm də yenilik baxımından göstərir ki, biz tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq
-
Yermak azadlığa buraxıldı
-
Prezident İlham Əliyev: Ölkəmizə ilk dəfə səfər edən qonaqlar Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar