Ombudsmanın nümayəndəsi İşçi Qrupunun illik görüşündə iştirak edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan Hüquqlarının Müdafiəsi şöbəsinin böyük məsləhətçisi Murad Babayev Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin (ENNHRI) Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya (CRPD) ilə bağlı İşçi Qrupunun üzvü seçilib. O, 14 may 2019-cu il tarixdə Belçikanın paytaxtı Brüssel şəhərində ENNHRI-nin katibliyində təşkil olunmuş həmin İşçi Qrupunun illik görüşündə iştirak edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirdə ENNHRI-nin icraçı direktoru Debbie Kohner və əməkdaşları, 20 dövlətin (Böyük Britaniya, Almaniya, Fransa, Finlandiya, Belçika, Danimarka, Hollandiya, Xorvatya, İrlandiya, Latviya, Macarıstan, Gürcüstan və s.) və Avropanın bir sıra təşkilatlarının nümayəndələri iştirak edib, Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya, o cümlədən inkluziv təhsillə bağlı görülmüş işlər təhlil olunub.
M.Babayev tədbirdə çıxış edərək, ölkəmizdə BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının 33.2-ci maddəsində nəzərdə tutulmuş müstəqil mexanizmin funksiyalarının həyata keçirilməsinin Müvəkkilə tövsiyə olunduğunu, Ombudsman tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə əlaqədar onların ərizə və şikayətlərinin qəbul edildiyini və araşdırıldığını, həmin şəxslərin yaşadığı və saxlanıldığı dövlət müəssisələrinə baxışlar keçirildiyini bildirib. O, Müvəkkilin təşəbbüsü və çoxsaylı təklifləri nəzərə alınaraq "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edildiyini söyləyib.
Aparatın nümayəndəsi əlavə olaraq, 2013-cü ildə Azərbaycan Ombudsmanı tərəfindən Birləşmiş Millətlər Təşkilatının müvafiq Komitəsinə əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanın həyata keçirilməsi ilə bağlı Paralel Hesabat göndərilməsi barədə məlumat verib.
O, həmçinin bildirib ki, müvəkkilin təklifləri də nəzərə alınmaqla BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının 24-cü maddəsinə uyğun olaraq "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı" təsdiq edilib. Müvəkkil bu proqramın səmərəliliyinin icrası məqsədi ilə əlilliyi olan şəxslərin inkluziv təhsilinin təşkili üçün kifayət həcmdə maliyyə və insan resurslarının ayrılması, sağlamlıq imkanları məhdud uşaqların hələ kiçik yaşlarından inklüziv təhsilə hazırlanması, onlarla məşğul olan ixtisaslaşdırılmış mütəxəssislərin hazırlanmasını, onların peşəkarlıqlarının artırılması üzrə tədbirlərin görülməsini təklif edib.
Eyni zamanda Ombudsman Aparatının əməkdaşı 2015-2016-cı tədris ilindən əlilliyi olan uşaqların ümumi təhsil müəssisəsində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə Azərbaycan Respublikasında "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsinin icrasına başlanıldığını, layihə çərçivəsində inklüziv təhsil sahəsində yeni yanaşmaların tətbiqi ilə bağlı tədbirlərin dörd eksperimental məktəbdə uğurla sınaqdan keçirildiyini, seçim prosesi üçün məktəblərin yerləşdiyi ərazidə yaşayan əlilliyi olan uşaqların valideynlərinə xüsusi və inklüziv təhsil üzrə maarifləndirici seminarlar keçirildiyini, həmin məktəblərdə loqopedik xidmət yaradıldığını və infrastrukturun sağlamlıq imkanları məhdud uşaqlar üçün müyəssərliyin təmin edilməsi məqsədi ilə təmir işləri aparıldığını, layihənin icrasının qiymətləndirilməsi üçün UNICEF tərəfindən həmin məktəblərdə monitorinqlər keçirildiyini, monitorinqin nəticələrinin təhlilinə əsasən ekspert tərəfindən layihənin icrasının müsbət qiymətləndirildiyini qeyd edib.
O, müvəkkilin əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və təbliği sahəsində aidiyyəti dövlət qurumları və ixtisaslaşdırılmış vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq etdiyini və ombudsman yanında fəaliyyət göstərən müstəqil Ekspertlər Şurasında, Biznes və İnsan Hüquqları İşçi Qrupunda əlilliyi olan şəxsləri təmsil edən QHT-lərin fəal iştirak etdiklərini bildirib.
Tədbir iştirakçıları Azərbaycan ombudsmanı tərəfindən Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya ilə bağlı görülmüş işləri müsbət qiymətləndiriblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
Astaranın üç kəndində qaz kəsildi
XƏBƏR LENTİ
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid övladını ilk dərsə apardı - (Foto)
-
Koutinyo Neymarla komanda yoldaşı oldu
-
Nazir sinfə girdi, birincilərin reaksiyası diqqət çəkdi - (Video)
-
Hərbi çağırışdan boyun qaçıran 2 nəfər barədə cinayət işi başlandı
-
Çağla Boz barəsində qərar verildi
-
XİN-dən Bakının azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım





