Cəmiyyət

Günün qoroskopu: Diqqətli olun, maraqlarınızı müdafiə edin

13 May 2019 00:01
45 Şərh     Baxış: 13 754

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - İşiniz üçün faydalı ola biləcək informasiya və ya məlumat axtarmağa başlayın. Məsləhətləşmə, toplantı, yazışma, işgüzar tərəfdaşla görüş üçün əlverişli zamandır. Xəbərlər arasında sizi narahat, nigaran edəcək məqam ola bilər.
Bəzi planlardan imtina edərək ehtiyat variantı reallaşdırmağa başlayın.
Səfər və səyahət, dostlarla görüş üçün əlverişli vaxtdır.
Gərgin situasiyalarda sözdən işə keçin, nigarançılığı dağıdın, suallarınıza birmənalı cavab alın.
Müəyyən illüziyalardan qurtulmağınız istisna deyil. Yeni məqsədlər tapın.

Buğa - Çətin, mürəkkəb, gərgin gündür. Lakin bütün diqqətinizi işə yönəldərək boş söhbətlərə və dedi-qodulara vaxt ayırmasınız, yaxşı nəticələrə nail ola bilərsiniz.
İntrovert olmayın, fikirləriniz bitkin forma alsın, gələcəklə bağlı planlar qurun. İşgüzar toplantılara qatılın, problemləri həll etməyə çalışın, yazışmalarda diqqətli olun.
Uzaqda yaşayan insanlardan biri sizə sürpriz xəbər yollaya bilər.
Ev işləri, ailə tədbirləri, alış-veriş üçün xeyirli vaxtdır. Lakin bədxərc olmayın.

Əkizlər - Təlimata, qaydaya və düzənə riayət edin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə müəyyən ağırlığa rəğmən, hadisələrdən tam narazı qalmayın.
İndi situasiyada müsbət dəyişikliklər etmək imkanı var. Günün maraqlarını nəzərə alın. Eyni zamanda perspektivi unutmayın, danışıqlar aparın, faydalı ola biləcək detalları unutmayın.
Rəhbərliklə önəmli söhbət olmalıdırsa, qətiyyətli olun, maraqlarınızı qoruyun. Səfər, birgə fəaliyyət, məlumatın təhlili, tədbirlərə hazırlıq baxımından əlverişli gündür.
Tərəf-müqabillik münasibətləri çərçivəsində qarşılıqlı fəaliyyətin çərçivələrini genişləndirməyin yollarını düşünmək olar.

Xərçəng - Yaşamınızda yeni intriqa peyda olur, gərginlik artır. Bütün ziddiyyətlərin sülh yolu ilə həll olunacağını düşünməyin. Sizi mübahisə və qəfil problemin aradan qaldırılmasına yönəlmiş təcili iş gözləyir.
Əks tərəfdəki şəxs sizə qalib gəlmək üçün yasaq metod və çirkin fəndlərdən istifadə edə bilər. Çətin olsa da, səbrli və soyuqqanlı davranın, müdrik olun.
Təsir edə bilmədiyiniz şərtlərin təfərrüatları bəlli olacaq. Çətin situasiyada güzəştə getməkdə qəbahət yoxdur. Qalmaqala meylli insanlardan uzaqda durun.
Tək çalışmağınız məsləhətdir. Pozitiv dəyişikliklər tərəfdaşlar, onların ideyaları və təşəbbüsləri ilə bağlı ola bilər.
Onların qərarları ilk əvvəldən əsl avantüra təsiri bağışlasa da, etiraz etməyin.

Şir - Bəzi emosiyalarınızı pərdələyin, rasional davranın. Yaxın ətrafınızdakı insanları müşahidə edin. Tərəfdaş və ya həmkarınızın maraqları, problemlərini düşünsəniz, yaxşıdır.
İnandığınız insanın təşəbbüsünü qəbul edərək hadisələrin axın məcrasına müdaxilə etməyin. Təkliflər və yeni imkanları nəzərdən keçirməyə dəyər.
Münasibətlər etibarlı deyilsə, istənilən xırdalıq səbr kasasını dolduracaq son damla təsiri bağışlaya bilər. Etibarlı və dayanıqlı müstəvi aradığınız yerdə xəyanətlə qarşılaşa bilərsiniz.
Şəxsi və maddi maraqlarınıza bilavasitə təsir etməyəcək işlərlə məşğul olsanız, daha yaxşıdır.

Qız - Yaxın ətrafınızdakı insanların maraqlarına və mənafelərinə sayğı ilə yanaşın. Aqressiv və kobud davranmayın. Münaqişə yaranarsa, onu dərhal həll etməyə çalışın.
Kollektiv fəaliyyətə üstünlük verin. Yaradıcılıq və romantik hisslər müstəvisində irəliləyiş ola bilər. İş yerində qayda yaradın. İşlərinizin çox olması sizdə stres yaratmasın.
Nevroz situsiya bəzi işlərin yarımçıq qalmasına səbəb ola bilər. Yüksək enerji dalğasında müəyyən işi çox sürətlə görərək başa vurmaq, həmin işə tərəfdaşı da cəlb etmək imkanı var.
İstənilən situasiya və şərtdən maksimum fayda əldə etməyin yollarını düşünün.

Tərəzi - Yaxın ətrafınızdakı insanların hər biri öz "zirvə"sini fəth etməyə çalışdığı vaxtda siz işlərinizi aramla, təmkinlə, düşünülmüş şəkildə görün.
Tələsməyin, emosional olmayın. Bəzi gecikmələr və qarışıqlığa rəğmən, işgüzar və digər maraqların sizi yaxınlaşdırdığı insnalarla təmaslar ilginc olacaq.
Romantik münasibətlərdə bu gün məntiq az, iddialar və tələblər çox olacaq. Gərgin anda ehtiyatlı və soyuqqanlı olun, münasibətləri aydınlaşdırmağa çalışmayın.
Hisslərinizi özünüz gərə bilərsiniz. Amma təmkinli davransanız, bu gün baş verənlər sabah sizə pis yuxu kimi gələcək. Müdrik davranış yaxşı nəticələr verəcək.
Axşam saatlarını ev işlərinə, çətin problemin çözülməsinin başa çatdırılmasına sərf edin.
Əyləncə və istirahəti təxirə salmaq olar.

Əqrəb - Səhər saatlarından etibarən çoxsaylı xəbərlər və təmaslar olacaq. Dərindən həllini tələb edən situasiya yaranarsa, həmin müstəvidə nizama və qaydaya nail olun.
Hadisələr istiqamətini və emosional fonunu dəyişsə də, mühüm işlərin siyahısı dəyişməz qalır.
Axşam saatlarında önəmli xəbər alacaqsınız. O xəbər sizi yeni informasiya aramağa vadar edəcək.
İşdəki perspektivləriniz, maddi durumunuz barədə düşünün. Hətta ən cazibədar təklifə müsbət cavab verməyə tələsməyin.
Axşam saatlarında yaşam arealınızı bir qədər genişləndirin, maraqlı yerdə istirahət etməyə çalışın.

Oxatan - qəfil hadisələrə hazır olun. Yeniliklər yaşanacaq. Qətiyyətli və əzmli davranın, problem yaranarsa, onu dərhal çözməyə başlayın.
Bütün işləri ideal görməyə çalışmayın. Başladığınız işi səliqəli görün və səhih nəticəyə nail olun.
Prosesin özündən həzz alın. Çalışarkən başqalarının çoxsaylı məsləhətlərinə qulaq asın, amma optimal hesab etdiyiniz variantdan kənara çıxmayın.
Axşam saatlarında istirahət edin. İnternetdə vaxt keçirmək, yazışmaq olar. Yeni filmə də baxa bilərsiniz.

Oğlaq - Hadisələr aktiv formalaşma mərhələsindədir. Kənarda qalaraq müşahidəçi mövqeyi tutmayın, konkret nəticələrə can atın.
İşdə diqqətli olun, təlimatlara və intizama riayət edin.
Günün ikinci yarısına yaxın şərtlər planları dəyişə bilər. Dəyişikliklər və yeniliklər fonunda özünüz üçün optimal perspektivi müəyyənləşdirin.
Sabah başlayacağınız işə indidən hazırlıq görün. Heç bir önəmli məqamı buraxmayın, mövqelərinizi gücləndirin.
Şəxsi münasibətlər müstəvisində qayğı, həssaslıq və diqqət tələb olunur.
Hisslərdə gərginlik hiss olunursa, münasibətləri ayırd etməyə can atmayın. Bu, münaqişəyə səbəb olacaq.

Dolça - Gərgin gündr. Diqqətli olun, maraqlarınızı müdafiə edin, mənafelərinizi qoruyun. İşlərinizə və yaşamınıza müdaxilə cəhdləri olacaq.
Kreativ bacarığınız yüksək səviyyədə olsun. Hərəkət və qərarlarınız təmkinli, dəqiq olsun. Sürəkli gərginlik mürəkkəb situasiyalarda enerji itkisinə səbəb ola bilər.
Ehtiyac olmadan risk etməyin. Situasiyanı dərhal normallaşdırmaq gərəkdirsə, yaxınlarınızı və dostlarınızı, yaxud da ailə üzvlərinizi yardıma çağırın.
Xeyli vaxtdan bəri reallaşdırmağa hazırlaşdığınız layihəni indi gerçəkləşdirməyə başlayın. Unutmayın ki, köməkçiyə ehtiyacınız var.
Mexanizm və avadanlıqla çalışanda, yolda, sükan arxasında ehtiyatlı olun.
Münaqişəli vəziyyətdə ətrafdakı insanların maraqlarını qulaqardına vurmayın.

Balıqlar - Planlar çoxdur, lakin görüləcək işlərin həcmini və tapşırıqlarla tələblərin sayını müəyyənləşdirmək gərəkdir.
Ən mühüm işlə kifayətlənin. Fikriniz dağılmasın, bir işi yarımçıq qoyub, başqa işə başlamayın. Tərəfdaşlarınız da fəaliyyət sahəsini genişləndirməkdə qərarlıdırlar.
İşin böyük hissəsini onların görməsinə imkan yaradın. Dəstək verin, amma özünüzü çox yormayın.
Günün ikinci yarısında işlərin çox olması yorğunluq, halsızlıq, iş qabiliyyətinin aşağı düşməsinə səbəb ola bilər.
Əlavə işə başlasınız, yaxın günlərdə həddən artıq yorğun dolaşacaqsınız. İş yerində və fikirlərinizdə qayda yaradın.
Yeni mövzuya impuls verilə bilər. Amma hələlik hər şey ideya səviyyəsindədir. O ideyanın formalaşmasını gözləyin, tələsməyin.

Milli.Az

loading...

Şərh yaz:

45 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 13 May 00:0251

    Yeni heftemizin 1-ci günü uqurlar olsun gününüz gözel olsun .Canlarim

    Cavab yaz
    • Anonim
      Esmer · 13 May 08:3911

      Seninle bahem Esracan ....

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 13 May 09:3521

        Can Esmərim saq ol var ol !

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 13 May 00:0341

    Status-İnsanın sevdiyini itirməsi dişini itirmesi qədər qəribədir Ağrısını o an hiss edirsən , yoxluqunu ömür boyu...

    Cavab yaz
    • Anonim
      Esmer · 13 May 08:3911

      Likeeee...

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 13 May 09:3511

        Cannnnnnnn

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 13 May 00:0321

    Vəəəəəə............Geceniz xeyre qalsin yuxunuz Bal Esra kimi şirin olsun.

    Cavab yaz
  • Anonim
    Zəhra · 13 May 00:5310

    Gecəniz xeyir:))). Necəsiz?

    Cavab yaz
    • Anonim
      Esmer · 13 May 08:4010

      Sabahın xeyir olsun balaca gözel .))..sen Necesen?)))

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 13 May 09:5621

        Zehra can men yaxsiyam sen necesen ?

        Cavab yaz
      • Anonim
        Zəhra · 13 May 10:5722

        Can Əsmərim. Nəzrinkam. Hər şey bələ ki yaxşıdır. Biraz problemlər var onların da öhdəsindən gələcəm inşallah.

        Cavab yaz
        • Anonim
          Esmer · 13 May 11:1910

          Can ne yaxşı olar her şey Gözel qız sebr et her şey düzelecek ...

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 13 May 11:3911

            Zehra cannn,İnsallah öhdesinden gelersen.

            Cavab yaz
            • Anonim
              Zəhra · 13 May 13:4400

              Amin Esram. Görəlim nə olacaq

          • Anonim
            Zəhra · 13 May 13:4500

            Mən səbirsiz biriyəm Əsmərcan. Yaa niyə beləyəm mən. Həə birdə sən 9 ildir burdasan.?? Oxudum şokee oldum

            Cavab yaz
    • Anonim
      Allaha bagili biri · 13 May 08:5710

      Əlhəmdulillah yaxsiyiq .Siz necesiz ?Ele yaxsi serhcisiz

      Cavab yaz
      • Anonim
        Zəhra · 13 May 10:5910

        Çox sağolun Allaha bağlı biri. Yaxşı olasız !! Can çox sağolun sizdə yaxşı şərhçisiz. Deyəsən bizi çoxdan izləyir amma şərh yazmırdız. ? Yoxsa necəəə?????

        Cavab yaz
  • Anonim
    Allaha bagili biri · 13 May 08:5610

    Salam eziz serhiciler .Necesiz insAllah.Zehra xanim siz necesiz ? Bagisda dunen cavab yaza bilmedim .Bəli teze serhciyəm .Cox sagol can

    Cavab yaz
    • Anonim
      Esmer · 13 May 09:0610

      Salam sizinde Sabahınız xeyrli olsun.. siz Necesiz ?

      Cavab yaz
    • Anonim
      Zəhra · 13 May 11:0010

      Allah bağışlasın Aytən xanım. Eybi yox! Deməli təzə şərhçisiz. Hmmmm. Əla!☺️

      Cavab yaz
      • Anonim
        Allaha bagili biri · 13 May 11:0510

        Zehra xanim beli can teze serhci.Yaxsi gunun her an olsun .Canin cennetlik Zehra xanim .Hec agramasin canin

        Cavab yaz
        • Anonim
          Zəhra · 13 May 13:3900

          Çox sağol canım mənim. Bahəm ! Mən bir şey bilmək istərdim. Siz bürclərə inanırsız Aytən xanım. Və bürcünüz nədir?

          Cavab yaz
        • Anonim
          Zəhra · 13 May 13:4000

          Yuxarıda da yazmışam sizə

          Cavab yaz
    • Anonim
      Allaha bagili biri · 13 May 11:0410

      Esmer xanin Allah razi olsun sukur yaxsiyam can.Siz necesiz ?

      Cavab yaz
      • Anonim
        Esmer · 13 May 11:2010

        Mende yaxşıyam Şükür .sizde her zaman yaxşı olun ...

        Cavab yaz
        • Anonim
          Allaha bagili biri · 13 May 12:4200

          Teki yaxwi olun Esmer xanim

          Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 13 May 10:0441

    1 ci serhime Dislike veren azaciq insafin vicdanin olsun.

    Cavab yaz
    • Anonim
      \\\ · 13 May 11:4340

      yoxtu

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 13 May 15:4011

        Niyəəə??

        Cavab yaz
  • Anonim
    Allaha bagili biri · 13 May 14:0100

    Zehra xanim cox sagol can.Ezizim yox burclere inanmiram Tek Allahimiz inaniram can .Basqa seylere inamaq batil inanclardi canim .Zehra xanim nece yasiniz var

    Cavab yaz
    • Anonim
      Zəhra · 13 May 15:1000

      Maraqlıdır bürclərə inanmadığınız halda qoroskopda olursuz?:))). Həə gözəl?? Səbəbin bilməy olar? Mən 11 də oxuyuram. Bu il Uniyə qəbul imtahanım olacaq. Sənin neçə yaşın var Aytən xanım ???

      Cavab yaz
      • Anonim
        Esmer · 13 May 15:1600

        He Zehracım .men qocaman şerhciyem ))))

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 13 May 15:3811

          Esmərim mende sok oldum men 3 ildi burdayam ay daaa sen 9 ill

          Cavab yaz
          • Anonim
            Esmer · 13 May 16:1810

            Can Esracanım gorsen da bajın Milli azın 9 ilik şerhcisdi )))))he seni bilirem canım .

            Cavab yaz
        • Anonim
          Zəhra · 13 May 16:0100

          Qarşınızda baş əyirəm Əsmər xanım. Mənim Ulu dostum:):):)

          Cavab yaz
          • Anonim
            Esmer · 13 May 16:1600

            Qız senin o balaca canına qurban .olsun bacın .sen menin balaca .Meleyimsen .

            Cavab yaz
            • Anonim
              Zəhra · 13 May 17:4500

              Cannn. Çox sağol ƏZİZ DOST. CANIM. Ə❤️S❤️M❤️Ə❤️R. :)))

    • Anonim
      Allaha bagili biri · 13 May 15:3400

      Zehra xanim beli inanmiram amam burdaki serhleri oxuyuram cox maragli geldi bu sehfe mene :)) İnsAllah uniyə girersiz Allah arzuvuzu versin insAllah 28 yasim var .Cox aktiv serhcisiz hemde cox mehriban :))

      Cavab yaz
      • Anonim
        Zəhra · 13 May 16:0400

        O sizin mehriban olmağınızdan irəli gəlir Aytən xanım. Ürəyinizin isdiyini yazın. İnşAllah ki , olmaz !amma nə zaman problem olsa dinləyib birlikdə həll etməyə hazırıq. Bizə güvənin. Və hərşeyi bölüşə bilərsiz. Gözəl sözlərinizə görə çox təşəkkür edirəm. Sizin də gözəl mədəniyyət sahibi olduğunuz görünür. Və təbii ki, dinə bağlı biri. Siz də gəncliyinizi yaşayırsız ! Gələcəylə bağlı planlar varmı??

        Cavab yaz
      • Anonim
        Allaha bagili biri · 13 May 18:2300

        Zehra xanim cox sagol her seye gore semimi sohbete gore .Allah razi olsun..insAllah ise girecem planda birde İnsAllah toy .Allah her birinize gozel bext taleh yazsin insAllah ... Siz necenci qrupa hazirlasirsiz ? Derslerinde ugurlar arzu edirem

        Cavab yaz
        • Anonim
          Zəhra · 13 May 21:2600

          İşə girmək yaxşı fikirdi.Aytən xanım. Məncə doğru qərar. Sizə uğurlar indidən. Aaaaaa toyunuz olacaq?? Allah xoşbəxt eləsin. !! Təbrik edirəm. 1 ci qrup.Çox sağolun mən də sizə gələcək işinizdə və həyatınızda uğurlar arzu edirəm.

          Cavab yaz
  • Anonim
    Allaha bagili biri · 13 May 21:4300

    Zehra xanim coxx sagol ezizim .He toy:) Allah sizide xosbext etsin Bu gun danisiriq is plani hele olmaz deyir :( Cunki rasiyya yeri olacaq deyene hele is plani deyir olmaz .İnşAllah can yaxsi olar .Cox yaxsi can inşAllah istediyin ixtisasa sahob olarsiz Amin.Her seye gore cox sagolun Zehra xanim

    Cavab yaz
    • Anonim
      Zəhra · 13 May 22:1200

      Bahəm inşAllah. Çox sağol. Bir şey başa düşmədim. Rasiyya yeri olacaq nədir? Əsas xoşbəxtlikdir. Siz qəşəng bir toy eliyin. İş də olar. Sizin kimi bir insan üçün bu çətin olmaz. Narahat olma hər şey yaxşı olacaq. Çox yaxşı həmdə :):):). ☺️Toy bu yay olacaq?:)

      Cavab yaz
    • Anonim
      Allaha bagili biri · 13 May 23:0700

      Zehra xanim nisanlim rasiyya vetandasidi hele islemek olmaz deyir men deyirem isleyim o deyi yox olmaz :))İnşAllah can Sentyabirda toy olacaq:)) Allah sizede qismet etsin :)) Yaxsi gunun olsun can .Bagisda serhimle narahat etimse .Hec bilmirem rasiyyada nece yasayacam ailemize cox bagli biriyem biraz cetin olacaq menim ucun :)

      Cavab yaz
      • Anonim
        Zəhra · 14 May 18:3200

        Salam Aytən xanım. Yoo. Narahat olmadım. Məncə nişanlınızın sözünü dinləyin. Bilmirəm bu dəhifəni oxuyacaqsız yoxsa yox. Amma yenə də sizi tanımağıma şad oldum. Həyat dolu birisiz. Və Allaha bağlı. Ən sevdiyim xüsusiyyətlər. Sentyabrda ?? Çox yaxşı təbrik edirəm. Çox sağolun. Mənim hələm yaşım azdır. Mən 40 yaşında toy fikirləşirəm:):):). Bu bir zarafat idi. Siz öyrəşərsiz Rusiyaya. Çünki sevdiyiniz insan sizi darıxmağa qoymaz. Mən belə inanıram. Uğurlar sizə!!

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.