Professor Qara Mustafayevlə vida mərasimi keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin (BDU) professoru Qara Mustafayev vəfat edib.
Milli.Az bildirir ki, Universitetdən Trend-ə verilən məlumata görə, alimlə keçirilən vida mərasimində çıxış edən rektor, akademik Abel Məhərrəmov bildirib ki, 1931-ci ildə anadan olan Qara müəllim 1954-cü ildə Bakı Dövlət Universitetini, 1958-ci ildə AMEA-nın aspiranturasını bitirib. 1959-cu ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1960-cı ildən taleyini Bakı Dövlət Universiteti ilə bağlayan alim 50-dən çox kitab, 600-dən çox elmi məqalə, 400-ə qədər dövrü mətbuat məqaləsinin müəllifi olub, 45 tədris proqramı tərtib edib, 5 telefilmə ssenari yazıb.
Rektor A.Məhərrəmov onu da bildirib ki, "Biotik əlaqələr" haqqında təbii qanun kəşf edən professor Qara Mustafayev 18 elmi konsepsiyanın müəllifi olub və Azərbaycanda onurğalılar zoologiyasında ekoloji istiqamət açıb. Professor Qara Müstafayevin Biologiya fakültəsində dekan müavini, fakültə Metodik Şurasının sədri və dekan vəzifələrində işlədiyini bildirən rektor alimin "Şöhrət" ordeninə layiq görüldüyünü və Prezident təqaüdçüsü olduğunu bildirib. Rektorun çıxışından o da məlum olub ki, görkəmli alim eyni zamanda, BDU Elmi Şurasının qərarı ilə universitetin "Fəxri professoru" adına layiq görülüb.
Biologiya fakültəsinin dekanı Akif Quliyev isə qeyd edib ki, professor Qara Müstafayev əhalinin ətraf mühit ilə əlaqəsini sosial mühit ilə vəhdətdə tədqiq edib. 35 il fasiləsiz olaraq televiziya, radio və mətbuat vasitəsilə elmi yenilikləri təbliğ edib, uzun müddət Azərbaycanın dövlət televiziyasında "Təbiəti sevənlər" verilişinin aparıcısı olub.
Sonra Zoologiya kafedrasının müdiri, professor Canbaxış Nəcəfov çıxış edərək alimin onurğalılar zoologiyası, onun ekoloji istiqaməti barədəki xidmətlərindən danışıb, bu sahə üzrə 13 elmlər namizədi, 2 elmlər doktoru yetişdirdiyini bilidirib.
Vida mərasimində mərhumun ailə üzvləri adından çıxış edən oğlu Azər Mutafayev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirib.
Allah rəhmət eləsin!
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır
-
Bu şəxslər 1600 manat birdəfəlik müavinət alacaq
-
Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA
-
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
XƏBƏR LENTİ
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır
-
Prezident İlham Əliyev: Şəhərsalma elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik
-
Azərbaycan Prezidenti: Bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk
-
Prezident İlham Əliyev: Bakı həm qədimlik, həm də yenilik baxımından göstərir ki, biz tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq
-
Yermak azadlığa buraxıldı
-
Prezident İlham Əliyev: Ölkəmizə ilk dəfə səfər edən qonaqlar Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar





