Cəmiyyət

Süleym ibn Qeysin kitabı etibarlı sayılırmı?

19 Avqust 2017 08:55
0 Şərh     Baxış: 2 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Süleym ibn Qeys Hilali Kufi hicrətin ilk əsrində yaşamış tabiindəndir (yəni Peyğəmbəri (s) görməmiş, amma səhabələrlə görüşmüş şəxslərdəndir). Süleym hicrətdən 2 il əvvəl doğulmuş, Peyğəmbərin (s) vəfatından 5 il sonra Mədinəyə gəlmişdir. O, Əhli-beytin tərəfdarlarından biri kimi tanınırdı və 5 imamın (İmam Əlidən (ə) İmam Baqirə (ə) kimi) xidmətində olmuşdu. Hicrətin 76-cı ilində İraq valisi Həccacın əlindən İran ərazisinə qaçmış və orada vəfat etmişdi.

Milli.Az islam.az-a istinadən bildirir ki, Süleym ibn Qeys imamət mövzusunda məşhur bir kitabın müəllifidir. Bu kitabda o, Peyğəmbər (s) zamanında və o həzrətin vəfatından sonra baş vermiş hadisələrə aydınlıq gətirmişdir. Süleymin kitabı şiə (cəfəri) məzəhəbinin tarixində qələmə alınmış ilk kitab sayılır. Bunu həm şiə alimləri, həm də bir neşə əhli-sünni alimi təsdiq etmişdir.

Süleym ibn Qeysin kitabına münasibət birmənalı deyildir. Bu kitabın mötəbərliyi barədə imamlardan bir neçə hədis vardır. Məşhur alimlərdən Nömani, Mir Hamid Hüseyn Hindi, Mirzayi-Qumi, Əllamə Məclisi, Hürr Amili, Ayətullah Mərəşi Nəcəfi, Seyyid Həsən Sədr və başqaları bu kitabı etibarlı saymış və yüksək dəyərləndirmişlər. Lakin Şeyx Müfid, Əllamə Hilli, İbn Davud Hilli, Ğəzairi kimi alimlər kitabın Süleymə aidliyini şübhə altına almış və möhtəviyyatına şübhə ilə yanaşmışlar.

Süleym ibn Qeysin kitabı bir neçə dilə, o cümlədən, azərbaycan dilinə tərcümə edilərək çap olunmuşdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.