Cəmiyyət

Toylarda deyilən meyxanalarda narkomaniya təbliğ edilir - VİDEO

16 İyul 2017 23:42
8 Şərh     Baxış: 5 526

Son vaxtlar toylarda meyxana məclisləri dəbə minib. Bu məclislərdə isə bəzən elə sözlər deyilir ki, gənclərə, xüsusilə də yeniyetmələrə psixoloji təsir edir.

Milli.Az bildirir ki, toylarda deyilən sözlərin arasında ən çox istifadə edilənlər isə zərərli vərdişlərlə bağlı olanlardır. Hətta bəzi meyxanalarda narkomaniya açıq aşkar təbliğ edilir.

Məsələ ilə bağlı bir neçə meyxanaçı ilə əlaqə saxladıq. Bəziləri toya gəlirdi, bəzilərinin vaxtı olmadı, bir neçə söz ustadı isə sadəcə bu mövzu ilə əlaqədar heç nə demək istəmədilər. Meyxanaçı kimi Rüfət Nasosnu adı ilə tanınan Rüfət Kərimov deyir ki, bu mövzu təlabatdan asılıdır. Yəni məclis sahibləri bəzən özləri məhz belə sözlərin deyilməsini tələb edirlər.

Şair deyir ki, etik normalardan kənar sözlər işlətməzdən əvvəl məclisdəkilərdən xahiş olunur ki, çəkiliş olmasın. Lakin mobil telefonlarla çəkilib sosial şəbəkələrdə paylaşılır. Dinləyici və baxış sayı isə kifayət qədər çox olur. Meyxanaçı İntiqam Rəhimov isə hesab edir ki, bu kimi sözlər meyxanaya xələl gətirir.

Meyxanaçılar gənclərə belə vərdişlərdən uzaq olmağı və zərərli vərdişlərin təsirindən bəhs edilən meyxanalara çox da qulaq asmamağı tövsiyə edirlər. Sözsüz ki, bununla iş bitmir. Çünki psixoloqlar iddia edirlər ki, keçid dövrünü yaşayan yeniyetmələrə ən böyük təsir vasitələri musiqilər, şeirlər və meyxanalardır. Bütün bunları nəzərər alsaq, o zaman söz ustadlarının daha diqqətli olması məqsədəuyğundur.

Meyxananı folklarumuzun bir qolu kimi qoruyub saxlamaq üçün, bu sənəti zərərli vərdişlərin təbliğat maşınına çevirmək olmaz! /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Toylarda deyilən meyxanalarda narkomaniya təbliğ edilir

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

8 Şərh:

  • Anonim
    GƏNCƏLİ AVROPADAN... · 16 İyul 23:5744

    İndi başlayacaqlar meyxananı asıb-kəsməyə.Amma bu janr doğurdan da istedad tələb edən,maraqlı və xoşagəlimdir.Canlı birbaşa həmin anda yazılmış şerə qulaq asmaq istəyənlərin tələblərinə uyğundur.Yani heç kimin pisləməsini doğru saymıram.Hə,çatışmazlıqlar çoxdur,bununla razıyam.Hərdən elə ifadələr işlənir ki,adamda ikrah hissi oyadır.Buna yol verməmək isə bu janrda tələbatlı olanların boynunun borcudur.Baxın,bir anormal bənd deyilib,neçə gündür sizin xəbərlərin ən populyarlar siyahısındadır.Belə şeylər lazım döy dana...

    Cavab yaz
    • Anonim
      Alimardan · 17 İyul 00:3340

      istedadi goy giraga. yerinnen duran meyxana deye bilirse demeli bu cox asan bir seydir. eksine xususi istedadi olmayanlar ozlerini meyxanada sinayirlar

      Cavab yaz
  • Anonim
    De gelsin · 17 İyul 06:5830

    Men aciram qafiyeni sizde mene cirtma calin MEN dediyce meyxanani qulaq asib lezzet alin. Gerisini bedaheten deyen varsa yazsin.

    Cavab yaz
    • Anonim
      de gəlsün · 17 İyul 10:5350

      bazar dönübdü fermaya sizcə yaxşı yaxşı baxun.çıxıb gedün kəndüvüzə qatığvızu orda çalun.

      Cavab yaz
  • Anonim
    Duzdu meyxana deyenlerin bezileri demek olarki narkomaniyanì teb · 17 İyul 07:0700

    A

    Cavab yaz
  • Anonim
    ... · 17 İyul 09:2800

    Ureyimce olan sozleri yariya qeder oxuyub fikrinizi Layk etdim, amma axirinci 2 kelmenizde verdiyim layka tesuflendim!

    Cavab yaz
  • Anonim
    De gelsin · 17 İyul 18:4501

    Gedek senle bir yede kenduvuzde qatiq calaq Sonra qatigi goturub senin kecel basuva yaxaq.

    Cavab yaz
    • Anonim
      de gəlsün · 18 İyul 00:1200

      qafiyədən kənar çıxdun sənnən söz deyən olmaZ

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.