Cəmiyyət

Kəklikotu yağının faydaları

10 İyun 2017 22:15
0 Şərh     Baxış: 1 551
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakteriya və infeksiyalarla mübarizə edir: kəklikotu yağında olan karyofilin və kamfen kimi komponentlər antiseptikdir. Bu səbəblə, dəridə və bədənin içindəki infeksiyaları öldürür. Kəklikotu yağı həmçinin antibakteriyaldır və bakteriyanın inkişafını əngəlləyir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ağız sağlamlığına yaxşı təsir göstərir: kəklikotu yağının, diş çürüyü, dişəti iltihabı, diş ərpi və ağız qoxusu kimi problemləri müalicə etdiyi məlumdur. Antiseptik və antibakteriyal xüsusiyyətləri ilə kəklikotu yağı, ağız içindəki mikrobları öldürməyin təbii bir yoludur.
Zehni canlandırmağa kömək edir: kəklikotunun uçucu yağı, eyni zamanda təbii bir yaddaş gücləndirici olaraq vəzifə daşıyır. Kəklikotu yağının aromaterapiyanın bir hissəsi kimi istifadə edilməsi, fərdin müvazinət və beyin gücünü artırmasına yardımçı olur.
Yuxarı tənəffüs yollarına yaxşı gəlir: kəklikotu yağı infeksiyalarla mübarizə aparır. Bu səbəblə boğazda intensivləşən soyuqdəymə və öskürəyi yüngülləşdirməyə yardımçı olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.