Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Kriminal elementlər cədvəli"ndə erməni və yezidi "oğru"lar azərbaycanlı "lotu"lara qarşı
15 Mart 2010 10:54
Baxış: 2 078
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Unudulmaz İlf və Petrovun "12 stul" əsərindəki Ostap Bender Şimali Qafqazdakı kurortlardan birinə güzar edəndə orada qayalıqlara dırmaşmış, qurbanı Kisa Vorobyaninovun adını "əbədiləşdirmək" üçün qayalardan birinə təbaşirlə "Burada Kisa və Osya olublar" yazmışdı.
Lakin həmin Osyadan fərqli olaraq, "Osya" ləqəbli kriminal element cəlladdır və eyni zamanda, bundan belə neçə cinayətlərə rəvac verəsidir.
İspaniyanın hakimiyyət dairələrinin "Osya" ləqəbli Sergey Butorini Moskvaya təhvil verməsindən sonra Rusiyadakı mütəşəkkil cinayətkar qruplaşmalar arasında toqquşmalar artıq aşkar müharibə səviyyəsinə çatıb.
"Orexovo" qruplaşmasından liderlərindən olan 46 yaşlı Butorinlə onun "sağ əli" Marat Polyanski hələ 2001-ci ildə İspaniyada tutulmuşdular. Barselona şəhər məhkəməsi bu şəxsləri qanunsuz oddlu silah saxladıqlarına görə 8 il 8 ay müddətinə azadlıqdan məhrum etmişdi.
İnterpolun Rusiya DİN-i nəzdindəki Milli Bürosundan verilən açıqlamaya görə, "Orexovo" dəstəsi Moskva şəhəri, Moskva və Vladimir vilayətləri, habelə Yunanıstan və Ukraynada ən azı 50 nəfəri qətlə yetiriblər. Bu dəstənin ən səs-küylü cinayətləri arasında Rusiya İdmançılara Sosial Yardım Fondunun prezidenti Otari Kvantrişvili, Yunanıstanda Aleksandr Salonik və onun məşuqəsi Svetlana Kotovanın qətləri var.
"Osya"nın gəlişi
Rusiya Prokurorluğunun mətbuat xidmətindən verilən açıqlamaya görə, Butorinin özü 40-dan artıq şəxsin qətlinə qəsd və cinayətkar dəstə yaratmaqda suçlanır.
"Sergey Butorinin Rusiyaya ekstradisiya olunması barədə Madridin birinci instansiya məhkəməsinin qərarını alqışlayırıq. Əminik ki, Butorin əməllərinə görə məhkəmə qarşısında cavab verəcək. O, artıq istintaq yerinə çatdırılıb. Butorinin etdiyi cinayətləri nəzərə alsaq, onun ömürlük həbsxanada qalacağını istisna etmirəm", - Rusiya Baş Prokurorluğunun ekstradisiya idarəsinin rəisi Vadim Yalovitski söylədi.
O, Butorinin Moskvaya gətirilməsini ölkənin hüquq-mühafizə orqanlarının növbəti uğuru sayır.
Fəqət, V.Yalovitski "Osya" ləqəbli Butorinin Rusiyaya qaytarılmasından sonra mütəşəkkil cinayətkar qruplaşmalar arasındakı qarşıdurmaların hansı həddə çatması və ya çata biləcəyi barədə heç bir informasiyaya malik deyil.
Hər halda o, belə dedi.
Əslində isə gerçəklik tam fərqlidi.
2001-ci ilin fevralın 14-də, Sergey Butorin cangüdəni Marat Polyanski ilə Barselona yaxınlığındakıə Kasdeldefels kurortundakı bordeldən çıxanda polis onları tutub.
Cinayətkarlarda qısalüləli avtomatlar olduğundan möhkəm atışma olacaqdı, amma ispan polislərlə Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin İspaniyaya ezam edilmiş əməkdaşlarının çevikliyi nəticəsində qan tökülməyib.
Yağlı tikə davası
"Osya"nın tutulması xəbəri yayılan kimi Rusiyada mütəşəkkil cinayətkar dəstələr arasında toqquşmalar başladı.
Çünki "Orexovo-Butovo" adlanan dəstənin nəzarətindəki yüz milyonlarla avro dəyərindəki ticarət obyektləri, banklar, bazarlar, ən müxtəlif kriminal ticarət vasitələri və məkanları olduqca "yağlı tikə" idi.
Həmin toqquşmalar həm də yerli "xaç ataları" və ən başlıcası, erməni "oğrular" üçün Moskvadakı azərbaycanlı "lotu"ların zərərsizləşdirilməsi üçün əlverişli məqamdı.
"Osya"nın "müavin"ləri Andrey Pılyov ("Karlik"), Sergey Ananyevski ("Kultik") və Sergey Qusyatinski ("Qus") çox qısa müddətdə bütün gəlir mənbələrindən kənarlaşdırıldılar.
Özəyini 1990-cı illərdə "Silvestr" ləqəbli Sergey Timofeyevin qoyduğu "Orexovo" dəstəsi Moskvanın cənub və cənub-qərbindəki dağınıq cinayətkar dəstələri bir yerə yığdı, onları dəmir intizamla birləşdirdi.
Cəmi 3 il sonra dəstə Rusiya paytaxtının cənubundakı az qala bütün biznesə nəzarət edirdi.
Yanacaqdoldurma stansiyaları, avtoservislər, kafe və restoranlar, bazarlar - "Orexovo" bandasının gəlirləri ildə təxminən $500-700 milyon həcmində idi.
"Silvestr" 1994-cü ildə Moskvada partladılaraq öldürüləndən sonra Sergey Butorinlə "General" ləqəbli Oleq Pılyov arasında kəskin mübahisələr yarandı, dəstə iki yerə parçallandı.
Lakin ilyarım sonra onlar yenidən birləşdilər və 30 səs-küylü qətllə rəqiblərinin gözlərini qorxudandan sonra yenidən fəaliyyətə başladılar.
İnterpolun Rusiya Milli Bürosunun rəhbəri Timur Laxoninin dediyinə görə, əvvəlcə Marat Polyanski, sonra da Sergey Butorinin İspaniyadan gətirilməsi həmin dəstənin fəaliyyətini tam aşkarlamağa imkan verəcək.
Həmin proses əsnasında "Mixas" ləqəbli Sergey Mixaylovun rəsmi strukturlar üçün yoxa çıxmasından tutmuş, Rusiyanın kriminal aləminin ən nüfuzlu "xaç atalarından" biri sayılan "Yaponçik" ləqəbli Vladislav İvankovun güllələnməsinə, habelə azərbaycanlı "Lotu Hikmət", "Lotu Manaf" və "Lotu Sabir"in öldürülmələrinə qədər geniş müstəvidə əməllər də ola bilər.
Ermənilərin qara siyahısındakı azərbaycanlı "ağsaqqallar"
Lakin bizi maraqlandıran məqamlar indiyədək baş vermiş hadisələr və ya ötən ildə yaşanmış toqquşmalar deyil.
Rusiyanın ən mütəşəkkil, qəddar və nüfuzlu cinayətkar qruplaşmalarından birinin rəhbərliyi darmadağın edilərək zəiflədiləndən sonra müvəqqəti də olsa, sahibsiz qalmış biznes strukturlurı uğrunda çarpışmalar başlayıb.
Əslində, azərbaycanlı "oğru"ların nəzarət etdikləri sahələr və onların malik olduqları biznes strukturları uğrunda mübarizə indi yox, iki il əvvəl başlayıb.
Soçidə Qış Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı müvafiq infrastrukturun inşa edilməsi üçün keçirilmiş tenderlər və dövlət sifarişləri özəl şirkətlərə çox böyük gəlirlər, sürəkli iş yeri vəd edirdi.
Həmin kommersiya strukturları arasında isə Rusiyanın "kriminal elementlər cədvəli"ndə yer almış şəxslərə məxsus konsernlər, holdinq və korporasiyalar da az deyildi.
Həmin məqam, daha konkret olsaq, $594 milyonluq "kökə" mütəşəkkil cinayətkar qruplaşmaların liderləri arasında ciddi mübahisələrə səbəb oldu.
Rusiyadakı azərbycanlı "avtoritet"lər də bu bölgüyə qarışmaq, onlara çatası payı almaq istədilər, amma alınmadı: çünki onların qarşısını başda yerli dəstələr olmaqla, ən müxtəlif qruplaşmalar kəsdilər.
Daha sonra isə Moskvadakı "İzmaylovo" bazarı uğrunda çarpışma başlandı. "Skif" ləqəbli "oğru", slavyan qruplaşmalarının liderləri arasında çox nüfuzlu birisi sayılan Andrey Qolubev azərbaycanlı "lotu"ları bazardan kənarlaşdırmağa çalışdı, güllələndi.
"Skif"in adamları onun ölümündən 8 gün sonra iki azərbaycanlı "lotu"nu qətlə yetirdilər.
Hüseynov və Verdiyev "Vernisaj" bazarında "Kalaşnikov" avtomatlarından açılan atəşlərlə gülləbaran edilmişdilər.
Daha sonra isə "İzmaylovo"nu nəzarət altında saxlayan digər azərbaycanlı "lotu", 44 yaşlı İqbal Təhməz oğlu Nəcəfov güllələndi. Onu qətlə yetirən şəxslər iki tapança və avtomatı hadisə yerində atıb qaçmışdılar. Sonradan Nəcəfun cəsədində 15 güllə yarası aşkarlanmışdı.
Moskvada ermənilərin mütəşəkkil cinayətkar qruplaşmaları azərbaycanlıların biznes obyektlərinə və ən başlıcası, soydaşlarımız arasında nüfuzlu sayılan şəxslərə qarşı mümkün qədər ağır zərbələr endirmək üçün səylərindən əl çəkmirlər.
"Tovuzlu Kamal" ləqəbli Kamal Tapdıq oğlu Hüseynov, "Yardımlı Rüfət" ləqəbli Rüfət Yusif oğlu Xəlilov və 44 yaşlı, "Aslançik2" ləqəbli hacıqabullu Qalib Əhməd oğlu Aslanov ermənilərin ən çox narazı qaldıqları şəxslərdir.
Moskva Şəhər Daxili İşlər İdarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə aparan strukturunun siyahılarında adları xüsusi "reytinq"ə daxil edilmiş Elman Mirzə oğlu Cəfərov, Akif Fərman oğlu Abbasov, Nofəl Nağı oğlu Əhmədov, Eldar Talıb oğlu Talıbov və Aydın Oqtay oğlu Hüseynov da ermənilərin "qara siyahısı"na salınmış şəxslərdir.
Dava obyekt davasıdır
Moskvadakı "Tuşino", "Solntsevo", "Koptevo" və digər qruplaşmalar ermənilərlə soydaşlarımızın qruplaşmaları arasında vasitəçilik etməyə, iri "ailələr" arasında savaşın qarşısını almağa çalışsalar da, bir nəticə hasil olmayıb.
Əslində sadaladığım dəstələrin özləri "qafqazlılar" arasında ölüm-dirim savaşının başlanmasında maraqlıdır: nə də olsa, yer boşalır və güclü rəqiblər zəifləyir.
Onu da unutmayaq ki, belə münaqişələr zamanı "obşak"dakı, yəni mütəşəkkil cinayətkar dəstələrin və ümumiyyətlə, kriminal elementlər cədvəlinin ümumi mədaxil büdcəsi sayılan "kisə"dəki pullar azalır, məbləğlər kiçilir, hərəkət və fəaliyyət imkanları məhdudlaşır.
Yezidi kürd və erməni hərisliyinin hədəf obyektləri
"Yaponçik" ləqəbli İvankov qətlə yetiriləndən sonra Rusiyadakı kriminal qruplaşmalara rəhbərlik uğrunda didişən "Ded Xasan" ləqəbli yezidi Aslan Rəşidoviç Usoyan və onun düşməni, "Taro" ləqəbli Tariel Oniani də erməni "oğru"lara aşkar olmasa da, açıq dəstək verirlər.
Ermənilərin ələ keçirmək istədikləri obyektlər isə "Bauman", "Lefortovo", "Tuşino", "Butırskaya", "Leninqradskaya", "Lionozovskaya", "Voykovskaya", "Petrovsko-Razumovskaya", "Usaçyovskaya", "Lujniki" bazarlarındakı alver; Kursk və Paveletsk vağzallarındakı taksi daşımaları ilə pərakəndə ticarət; "Ağdam", "Aist", "Ağdaş", "Parus", "Dərbənd" və daha 24 restoran, kafe və bardır.
Obyekt sahibləri də təbii ki, onlara "himayə" göstərən azərbaycanlı "oğru"lara təlaşla şikayətlənərək, ermənilərin həyasızlığından bəhs ediblər. Bu, Moskvada "xaç ataları müharibə"sini alovlandıracaq qığılcımlardan, sadəcə, biri olub. Daha sonra "Zolotoy popuqay" və "Petrovskiy dvorik" restoranlarından ermənilərin gəlişi barədə xəbərlər gəlib. Və ən nəhayət, yanvarın 4-də "Orexovo", "Zaqorye", "Akropol" hotelləri ilə "Den i noç" restoranı şikayətlənib.
Cədvəlin erməni elementləri
Azərbaycanlı "oğrular"a qarşı "səlib yürüş"ən çıxmış erməni "avtoritet"lər isə Serjik Sorekoviç Cilavyan, Anzor Xaçikoviç Ağayan, Tiqran Ailosoviç Asatryan, "Çazo" ləqəbli Aram Broyeviç Haybyan, "Baron" ləqəbli Cemal Şayzaliyeviç Baroyan, "Mişka Kosolapıy" ləqəbli Mixail Varazdatoviç Baqdasaryan, "Kartol" ləqəbli Qarik Lyuksenoviç Gegamyan, "Hay Uy" ləqəbli Aşot Givoyev, "Moryak" ləqəbli Albert Oktyabryeviç Qurgenyan və "Minaqo" ləqəbli Quliver Konstantinoviç Mukbanyandır.
Azərbaycanlı "lotu"ların himayə etdikləri iaşə, xidmət və ticarət obyektlərinə xəbərdarlıqla yollanan qrupların rəhbərləri isə "Robik" ləqəbli Robert Maratoviç Sərkisyan və "Sınok" ləqəbli Raytik Hayrapetoviç Saroyan olublar.
Moskvada azərbaycanlı "lotu" və "oğru"lara qarşı indiyədək bir-birlərinə düşmən kəsilmiş erməni "xaç ataları" da birləşməkdədir. Məsələn, Qrişa Sərkisyan, "gümrülülər" dəstəsinin lideri Qriqori Farzadyan, "Orexovo erməniləri" dəstəsinin başçısı Hamlet Ziroyan və Çerkizovodakı hayların qəddar başçısı, "Vaçkos" ləqəbli Vardges Tatevosyan bir araya gələrək birgə fəaliyyət planı hazırlayıblar.
Azərbaycanlıların qruplaşma və dəstələrindən fərqli olaraq, ermənilərin mütəşəkkil kriminal qruplaşmalarına nizam-intizam, "oğru"lara və "xaç ataları"na sözsüz itaət, əmr və tapşırıqların müzakirəsiz icrası, ümumerməni maraqları üçün bütün qüvvə və səylərin işə salınması məziyyətləri xasdır.
"Osya"nın həyatının qalan hissəsini dəmir barmaqlıqlar arxasında keçirəcəyi artıq şübhə doğurmur. Bu isə erməni "oğru"larını daha da şirnikləndirib, onların iştahlarını və çox böyük gəlirli sahələrdən azərbaycanlı "lotu"ları birdəfəlik kənarlaşdırmaq niyyətlərini daha da artırıb.
Həsən Ağacan
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır
-
Bu şəxslər 1600 manat birdəfəlik müavinət alacaq
-
Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA
-
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
XƏBƏR LENTİ
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır
-
Prezident İlham Əliyev: Şəhərsalma elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik
-
Azərbaycan Prezidenti: Bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk
-
Prezident İlham Əliyev: Bakı həm qədimlik, həm də yenilik baxımından göstərir ki, biz tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq
-
Yermak azadlığa buraxıldı