Zahidlik nədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Zahid o insana deyirlər ki, səy və çalışması ilə bərabər, dünyaya qarşı etnasızlıq edir. Yəni, dünyanın xoşluqlarından üz çevirir və yaxşı bilir ki, mal, sərvət, vəzifə və başqa şeylər ölüm gəlib çatan kimi məhv olacaqdır.
Əmirəl-möminin (ə) buyurur: "Əgər dünyaya son hədəf və müstəqil məqsəd kimi baxsanız, əliniz boş qalacaqdır. Ancaq əgər ona bir vasitə kimi baxsanız, bu dəyərsiz şey hər bir şeyə çevriləcəkdir".
Allah Təala Quranda buyurur: "(Bu,) əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün (yersiz) sevinməməyiniz üçün(dür)! Allah heç bir öyünən təkəbbürlünü sevmir". ("Hədid" 23).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayə zahidliyin əsil mənasını bizlərə bəyan etmişdir. Buyurur ki, insan gərək gəlib-gedən nemətlərə görə qəlbini xoş etməsin. Bu iki cümlə varlıq aləminin qarışıq bir problemini həll edir. Belə ki, insan bu varlıq aləmində davamlı olaraq çətinliklər və müsibətlər ilə üzləşir və özünə sual verir ki, bu hadisələrin səbəbi nədir? Quran buyurur ki, səbəbi budur ki, siz dünyanın bər-bəzəyinə əsir olmayasınız. O kəs ki, keçmişinə görə təəssüflənməz və gələcəyinə görə sevinməz - zahidliyin bütün şərtlərinə əməl etmiş olar.
Zahidliyin insana verdiyi 3 mənəvi üstünlük:
1. Davamlı olmayan nemətlərdən əlini üzmək. "Sınamaq üçün onların bəzi təbəqələrini bəhrələndirdiyimiz şeyə (var-dövlət, övlad və məqama) gözünü dikmə ki, onlar dünya həyatının çiçək və zinətləridir. Və Rəbbinin ruzisi (kitab və din) daha yaxşı və əbədidir". ("Taha" 131). Zahid insan yaxşı bilir ki, Allahın ona verdiyi nemətlərin əksər hissəsi imtahan vasitələridir. Ona görə də əbədi olana üz tutar və axirəti üçün azuqə toplayar.
2. Qane olmaq. "Əlbəttə, Biz əməldə onlardan hansı birinin daha gözəl olmasını sınamaq üçün, yer üzündə olanları onun zinət və bəzəyi etdik". ("Kəhf" 7). İmam Səccad (ə) buyurur: "Bilin ki, Allah dünyanın tez ötən gözəllik və bəhrələrini heç bir övliyası üçün sevməmişdir və onları bu zahirlər üçün həvəsləndirməmişdir. Çünki Allah dünya və əhlini yaratmışdır ki, insanları gözəl əməllərinə görə axirət üçün imtahana çəksin". Bəli, o insan ki, zahid olar, əlində olanlara qane olar və heç bir zaman Allahın verdiyi nemətlərə görə qürurlanmaz.
Zahid insan yaxşı bilir ki, tez ötüb keçən bu nemətlər ona hansı hədəf üçün verilmişdir.
3. Maddiyyat qalıcı deyildir. "(Dünya malından) Sizə verilən şeylər yalnız dünya həyatında bəhrələnmək üçün bir qaynaq, onun bər-bəzəyi və zinətidir. Allah yanında olan (axirət nemətləri isə) daha yaxşı və daha əbədidir. Məgər düşünmürsünüz?". ("Qəsəs" 60).
Zahid insan yaxşı bilir ki, dünya nemətləri və əlində olan hər bir şey maddiyyatdır və bir gün əlindən gedəcəkdir. Çünki heç bir maddiyyat qalıcı deyildir. Ona görə də dünyaya bağlanmaz və ondan sadəcə vasitə kimi istifadə edər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bugünkü qəzada ölənlər hərbçilər imiş - FOTO
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb - FOTO
-
Bakı sakinlərinə ŞAD XƏBƏR
-
Bu il Azərbaycanda 100-dən artıq modul məktəbin tikintisi nəzərdə tutulur - Nazir
-
Bu şəxslərə qayğanaq yemək OLMAZ
XƏBƏR LENTİ
-
Elşad Xose xanımı ilə - FOTO
-
"Turan Tovuz" avrokuboka vəsiqəni təmin edib
-
Bugünkü qəzada ölənlər hərbçilər imiş - FOTO
-
"Çelsi"ni sabiq futbolçusu çalışdıra bilər
-
Almaniya Putinin bu tələbini rədd etdi
-
Daha bir ölkədə hantavirusa yoluxma qeydə alındı
-
Antarktida sürətlə əriyir
-
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilandan video paylaşıb - VİDEO
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb - FOTO
-
Pakistanda terror aktı nəticəsində 14 polis həlak olub
-
Kilian Mbappe oyunda oynamayacaq
-
Türk Mədəniyyəti və İrsi Fondu Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib - FOTO
-
Türk Mədəniyyəti və İrsi Fondu Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib - FOTO
-
Ukraynanın əhalisi 25 milyona düşüb
-
Qətər sahillərində gəmi vuruldu
-
Yasamalda evdə YANĞIN
-
Putin Kremldən Paşinyana xəbərdarlıq etdi
-
Bakı sakinlərinə ŞAD XƏBƏR
-
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik
-
Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb
-
Prezident İlham Əliyev: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq
-
Prezident İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq
-
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək





