Cəmiyyət

Ara məsafəsi neçə metr olmalıdır? – VİDEO

12 Aprel 2016 22:21
3 Şərh     Baxış: 4 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yol-nəqliyyat hadisələrinin bir çoxu sürücülərin düzgün ara məsafəsi seçmədikləri üçün baş verir. Elə apardığımız sorğunun nəticəsində də məlum oldu ki, əksər sürücü avtomobillər arasında ara məsafəsinin nə qədər saxlanılmalı olduğunu bilmir. Bəs ara məsafə necə seçilməlidir və avtomobillər arasında neçə metr məsafə saxlanılmalıdır? Bu sualın cavabını növbəti süjetimizdən izləyin.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, elə bir çoxları da bu sürücülər kimi düşünür. Yəni əksər sürücülər nəqliyyat vasitələri arasında neçə metr məsafə saxlanılmalı olduğunu dəqiq bilmirlər. Elə buna görə də qarşıda gedən avtomobilin sürücüsünün qəfil əyləcə basması ağır qəzaları qaçınılmaz edir.

Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, yol hərəkəti haqqında nəzəriyyələrdə ara məsafələri ilə bağlı konkret meyarlar var.

Yol buzlu və ya yağışlı olduqda isə ara məsafəsi azı 3-4 dəfəyə qədər artırılmalıdır ki, avtomobili baş verə biləcək qəzadan yayındırmaq mümkün olsun.

Ekspertin fikirincə, şəhər yollarında, xüsusilə də tıxaclarda da ara məsafəsi gözlənilməlidir. Çünkü tıxaclarda baş verə biləcək qısa toqquşma ara məsafəsi olmadığı üçün zəncirvari qəzalara səbəb ola bilər.
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ara məsafəsi neçə metr olmalıdır?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.