Cəmiyyət

Nabranda çirkab sular, amma hamı ağzına su alıb susur... - FOTO

17 İyun 2015 23:55
1 Şərh     Baxış: 1 366
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Virtualaz.org saytı Xaçmaz rayonu ərazisində yerləşən Nabran turizm zonasında ətrafdakı evlərdən və istirahət mərkəzlərindən dənizə tullantıların və çirkab suların axıdıldığı barədə yazmışdı.

Problemin aktuallığını nəzərə alaraq bu problemlə bağlı hansı işlərin görüldüyünü araşdırmağa çalışdıq.

Öncə Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov açıqlamasında bildirdi ki, bu məsələ ilə məşğul olmaq nazirliyin səlahiyyətinə daxil deyil: "Bu məsələ Xaçmaz Rayon İcra Hakimiyyətinin səlahiyyətindədir. Nazirlik çirkab suların, tullantıların istirahət mərkəzinə, çimərliyə, dənizə axıdılması kimi məsələlərə müdaxilə və ya nəzarət edə bilməz".

Xaçmaz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb mövqe öyrənməyə çalışsaq da qurumun saytında göstərilən telefonlara etdiyimiz zənglərimizə cavab verən olmadı. Həmin nömrələr məlumat bölməsinə sanki yaraşıq üçün yazılıb.

Bəs kanalizasiya sularının axıdıldığı dəniz suyunda çimmək həmin ərazidə dincələnlərin sağlamlığına necə təsir edir?

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov sualımıza cavabında bildirdi ki, həmin ərazidəki dəniz suyunda problem yoxdur: "Şimal rayonları ilə bağlı bizə daxil olan məlumata görə, orada dəniz suyu normalara cavab verir".

Buna baxmayaraq həmin ərazidə yaşayan sakinlərdən bir neçəsi dənizə kanalizasiya suyunun axıdılığını təsdiqləyir. Əməkdaşımızın lentə aldığı fotolarda çimərlikdə mal-qaranın da gəzdiyi aydın görünür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.