Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hərbi qulluqçuların mənzil təminatı ilə bağlı yeni təklif var
19 Fevral 2015 12:44
Baxış: 11 083
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda hərbi qulluqçuların mənzil-məişət təminatı ilə bağlı ayrıca dövlət proqramının və qanunun, eləcə də xüsusi fondun yaradılmasına ehtiyac var.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafə komitəsinin üzvü Zahid Oruc deyib.
Millət vəkili bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin məlum fərmanı ilə hərbi qulluqçuların, xüsusilə 20 ildən artıq xidmət edənlərin siyahısı tərtib olunub və onların əksəriyyətinin dövlət hesabına mənzillə təmin olunması üçün real addımlar atılıb, təqdim edilən siyahı əsasında həmin insanlar evlə təmin olunub: "Bildiyim qədər hazırda mənzillə təmin olunmuş hərbi qulluqçuların sayı 350 nəfəri keçir. Nəzərə alınsa ki, Ordumuzda onillərlə xidmət edən insanların alternativ mənbələr hesabına mənzil almaq imkanları çox azdır, bu baxımdan bu, çox mühüm addımdır. Bununla yanaşı, etiraf etmək lazımdır ki, mənzilə ehtiyacı olan hərbi qulluqçuların sayı qat-qat çoxdur və bu məsələ ciddi problem olaraq qalır".
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində Silahlı Qüvvələrdə uzun müddət xidmət etmiş şəxslərə tərxis olunduqdan sonra torpaq ərazisinin verilməsi və burada özlərinə ev tikməsinə şərait yaradılması ilə bağlı müddəa yer alıb: "Lakin gerçək həyatda bu müddəa işləmir. Reallıq ondan ibarətdir ki, ölkədə torpaq fondu məhduddur. Hər bir bölgədə isə torpağa və mənzilə ehtiyacı olan insanların sayı kifayət qədər. O cümlədən, hərbi qulluqçular Silahlı Qüvvələrdən tərxis olunduqdan sonra onların hansı yerdə ev və ya mənzil üçün növbəyə dayana biləcəkləri sual olaraq qalır. Məsələn, bizə müraciət edirlər ki, onlar 20 illik qüsursuz xidmətlərinə görə məlum siyahıya daxil ediliblər, lakin onun mənzillə nə vaxt təmin olunacağı bəlli deyil".
Z.Oruc qeyd edib ki, hazırkı qanunvericiliyə görə, icra hakimiyyəti orqanları tərxis olunmuş hərbi qulluqçuları ya torpaqla təmin etməli, ya da onlara kirayə qaldıqları mənzilin pulunu ödəməlidir. Lakin bu, tam yerinə yetirilmir: "Evsiz, mənzilsiz qalan tərxis olunmuş hərbi qulluqçu yaşının məhsuldar hissəsi keçib getdikdən sonra həyatın çətinlikləri ilə üz-üzə qalır. Bu isə ölkədə ordu quruculuğuna, növbəti gənc nəslin hərb işinə cəlb olunmasına, karyeralarını bu sahədə davam etdirməsinə mənfi təsir göstərir".
Parlament üzvünün fikrincə, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı ayrıca normativ-hüquqi baza yaradılmalıdır: "Yəni hərbi qulluqçuların mənzil-məişət təminatı ilə bağlı qanunvericilikdə kiçik bir müddəa olmasındansa, bu yöndə ayrıca bir qanun qəbul edilməlidir. İnsanlar bilməlidirlər ki, hansı meyarlar əsasında onların mənzillə təmin olunmaq hüquqları işə düşür. Bu məsələni təkcə ayrıca verilmiş sərəncamlarla həll etmək mümkün deyil. Bunun üçün konkret normativ-hüquqi əsaslar olmalıdır. Bu yöndə ayrıca dövlət proqramının və qanunun, eləcə də maliyyə vəsaitlərinin toplandığı xüsusi fondun yaradılmasına ehtiyac var. Məsələn, Rusiyada hərbi qulluqçuların mənzil təminatı problemi daha geniş mənbələr hesabına həll edilir. Yəni mənzil təminatının həllinə dövlət büdcəsi hesabına deyil, bir neçə mənbədən daxil olan vəsaitlər hesabına da şərait yaradılır".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır
-
Bu şəxslər 1600 manat birdəfəlik müavinət alacaq
-
Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA
-
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
XƏBƏR LENTİ
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır
-
Prezident İlham Əliyev: Şəhərsalma elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik
-
Azərbaycan Prezidenti: Bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk
-
Prezident İlham Əliyev: Bakı həm qədimlik, həm də yenilik baxımından göstərir ki, biz tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq
-
Yermak azadlığa buraxıldı
-
Prezident İlham Əliyev: Ölkəmizə ilk dəfə səfər edən qonaqlar Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar