Cəmiyyət

İcra nümayəndəsi köçkünləri aldatdı? - 280 minlik iddia

13 Fevral 2015 21:38
0 Şərh     Baxış: 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Qaradağ rayonunda məskunlaşan bir qrup məcburi köçkünü qəbul edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, məcburi köçkünlər millət vəkilinə problemlərini danışıblar və ondan kömək etməsini xahiş ediblər. Şikayətçilərin dediyinə görə, ərazidə icra hakimiyyətinin nümayəndəsi kimi tanınan Gülnarə Muxtarova artıq bir ildir ki, Qaradağda yaşayan qırxa yaxın ailədən köçkünlər üçün tikiləcək qəsəbədə ev veriləcəyi və ya ərazidə torpaq ayrılacağı adı ilə təxminən 280 min manat məbləğində pul alıb.

Məsələ isə öz həllini tapmayıb. Bu işdə səlahiyyətli olan hər kəs məsələni öz boynundan atıb. Sonradan aldandıqlarını başa düşən ailələr icra hakimiyyətinə, mediaya və polis idarəsinə üz tutublar. Dörd aya yaxın müddətdə istintaq getdiyi bildirilsə də, hələlik bir nəticə əldə olunmayıb. Çarəsiz qalan ailələr bu dəfə millət vəkilindən və ictimaiyyət arasında tanınmış şəxslərdən kömək istəmək qərarına gəliblər.

Şikayətçilərin xahişi ilə görüşdə tanınmış yazar Aysel Əlizadə də iştirak edib. Şikayətləri dinlədikdən sonra millət vəkili problemin həlli istiqamətində məcburi köçkünlərə köməklik göstərəcəyini, yazar Aysel Əlizadə isə problemlə bağlı yazı hazırlayaraq mətbuatda işıqlandıracağını bildirib. "Hesab edirəm ki, hadisədən dövlətin üst qurumları məlumatsızdır. Aysel xanımın məsələni mətbuatda işıqlandırması, mənim isə millət vəkili kimi əlaqədar orqanlara sorğu göndərməyim problemin çözülməsinə kömək ola bilər" - millət vəkili İqbal Ağazadə deyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.