Azərbaycanda bələdiyyələrin 2014-cü ildə fəaliyyətlərində yol verdiyi nöqsanlar açıqlanıb.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edərkən qeyd edib ki, əsas qanun pozuntularına bələdiyyə torpaqlarının idarəçiliyində yol verilib.
O qeyd edib ki, bu sahədə qanun pozuntuları təhlil edilib. Ümumiləşdirilmə nəticəsində bələdiyyələrin daha çox qanun pozuntularına kənd təsərrüfatı təyinatlı torpaqların qanunsuz olaraq qeyri-kənd təsərrüfatı məqsədləri üçün satılması, torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi, bələdiyyə qərarlarında torpaq sahəsinin kateqoriyasının və təyinatının göstərilməməsi, müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılmaması sahəsində qeydə alınıb.
V.Zahirov əlavə edib ki, 2014-cü ildə inzibati nəzarət qaydasında baxılması üçün icraata 66 694 bələdiyyə aktı daxil olub: "Bu 2013-cü illə müqayisədə 11,4 % çox olub. Daxil olan bələdiyyə aktlarının hər birinin ekspertizası aparılıb, nəticədə 62 908 akt qanunvericiliyə uyğun hesab edilib, 3 552 aktın dəyişdirilməsi, yaxud da ləğv edilməsi üçün onları qəbul edən bələdiyyələrə təkliflər verilib".
Onun sözlərinə görə, verilən təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən 1709 akt ləğv edilib, 544 akt dəyişdirilib, 473 akt üzrə təsdiqedici sənədlər təqdim edilib, digərləri isə baxılmaqdadır:
"Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 11 iddia qaldırılıb. Verilən təkliflərin bələdiyyələr tərəfindən qanuna müvafiq icra edilməsi nəticəsində belə iddiaların sayı son illər ərzində xeyli azalıb. Bələdiyyə tərəfindən torpaq sahələrinin qanunsuz mülkiyyətə və icarəyə verilməsi ilə bağlı qəbul edilən qərarlar nazirliyin təklifləri əsasında müvafiq bələdiyyələr və iddia ərizələri əsasında məhkələr tərəfindən ləğv edilib".
O, həmçinin qeyd edib ki, bütövlükdə 4022 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb: "Onlardan 1502 ha kənd təsərrüfatı təyinatlı torpaqlar olub. Eyni zamanda, bələdiyyələrə 3998 tövsiyə göndərilib. Bələdiyyə aktlarının vaxtında təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 445 protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilib. Onlardan 96-sı təkrar inzibati xəta üzrə tərtib edilib. Müvafiq protokollar əsasında 381 nəfər bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 64 protokol üzrə müraciət isə baxılmaqdadır".
Nazir müavini deyib ki, ötən illərlə müqayisədə inzibati məsuliyyətə cəlb edilən bələdiyyə sədrlərinin sayı xeyli azalıb.
Milli.Az
Cəmiyyət
Bələdiyyələrin yol verdiyi qanun pozuntuları açıqlandı
13 Fevral 2015 14:19
0 Şərh
Baxış: 834
DİGƏR XƏBƏRLƏR
- 33 yaşlı məmurun qəfil ölmə səbəbi bilindi - DETALLAR - YENİLƏNİB
- "Tarqovu"da gənc qız sevgilisini başqası ilə tutdu, "yıxıb-sürüdü" - VİDEO
- Günün qoroskopu: təmkinli olun, təxribatlara uymayın
- Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: Qonaq getdiyi evdə nə baş verib? - FOTO
- İtkin düşən Qəbələ sakini Bakıda tapıldı
- Rəydə "məni kim qaçırar?" yazan qızı QAÇIRDI - VİDEO
XƏBƏR LENTİ
- Erden Timur "Qalatasaray"dan getdi
- “Mənə “anan ölsün” demişdi, öz anası vəfat etdi” - FOTO
- Millimizin dünya reytinqində yeri
- Əli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib - FOTO
- “Pyotr və Canavar” simfonik nağılı təqdim olunub – FOTO
- Azərbaycan millisinin hücumçusu yenidən Braziliya klubunda
- Biri direktor olmaqla 15 nəfər işdən çıxarıldı
- "Plastik əməliyyatım ürəyimin gözəlliyidir"
- "Qaraca qız" tamaşasının premyerası keçirilib - FOTO
- Sabah 36° isti olacaq
- 33 yaşlı məmurun qəfil ölmə səbəbi bilindi - DETALLAR - YENİLƏNİB
- BƏƏ Azərbaycanla sıx əməkdaşlıq edəcək - Sultan Əl Caber
- Prezident Alparslan Bayraktarı qəbul edib
- Azərbaycanda məktəbli bıçaqlandı
- Cinayətdə şübhəli bilinən 21 nəfər saxlanıldı - DİN
- Acundan Aziz Yıldırıma sərt sözlər - VİDEO
- Mirzoyan: Türkiyə ilə bir sıra məsələləri icra etmək zamanıdır
- İyunun 4-nün ən xoşbəxt BÜRCÜ
- Türkiyə ilə güclü əlaqələrimizi zəiflətmək üçün yalan məlumatlar yayırlar - Azər Qarayev
- İlham Əliyev: İnkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik
- Türkiyənin hərbi təlim təyyarəsi qəzaya düşdü - pilotlar ölüb - YENİLƏNİB - VİDEO
- Röyanın səhnədəki bu hərəkəti tənqid olundu - VİDEO
- Prezident: Buna çox ciddi yanaşmalıyıq
- "Bədən o bədəndir, sadəcə..." - FOTO