Cəmiyyət

Məktəblilərə daha bir "yük"

13 Fevral 2015 14:05
1 Şərh     Baxış: 2 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda təhsil müəssisələrində əlavə fiziki hazırlıq məşğələləri keçiriləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu məşğələlər marş yürüşü, sıra təlimləri, turnikdə dartınmaq, ayaqların köməyi ilə kəndirlə dırmanmaq, qumbara atmaq, üzgüçülük və s. olacaq. Məşğələlərin keçirilməsində məqsəd təhsil alanların fiziki inkişafının, onların sağlamlığının məhkəmləndirilməsini, xüsusilə çağırışaqədər yaş həddində olanların fiziki hazırlıq səviyyəsini təmin etməkdir.

Bu məşğələlər müvafiq dövlət təhsil standartları əsasında hazırlanmış təhsil proqramları və normativlərə uyğun olaraq, yerli şərait və daxili imkanlar nəzərə alınmaqla təşkil olunacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.