Bakı-Sumqayıt yolunun dərdinə çarə tapılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tıxaclar ilin sonuna qədər qismən də olsa, aradan qaldırılacaq
Yol Bakı-Sumqayıt yolundakı tıxaclar ilin sonuna qədər qismən də olsa, aradan qaldırılacaq. Artıq yol tikintisilə məşğul olan qurumlar hərəkətə keçib. Paytaxta daxil olan avtomobil axınının qarşısını almaq üçün həm Biləcəri, həm də Sulutəpə-Xocasən istiqamətində çox zolaqlı yollar salınır.
Milli.Az anspress-ə istinadən bildirir ki, Bakı-Sumqayıt yolunda, xüsusən də Xırdalan dairəsindən "20 Yanvar" metrostansiyası istiqamətinə uzanan avtomagistralda hər gün səhər və axşam saatlarında ucu-bucağı görünməyən tıxacın olması adət halını alıb. Bir neçə il əvvəl maşınla 15 dəqiqəyə getdiyimiz Bakı-Sumqayıt yolunu, indi səhər və axşam çağı bir saata qət etmək mümkün deyil. Gündəlik bu yoldan istifadə edənlər ömürlərinin hər gün iki-üç saatını bu yolda hədər yerə başa vururlar.
Ekspertlərin fikrincə, əsas tıxaclar Bakı şəhərinə daxil olanda Avtovağzal Kompleksinin ətrafında yaranır. Bu zaman 8 hərəkət zolağı 3-ə enir ki, şaxələnmə zamanı bütün zolaqlarda hərəkət iflic olur.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, çarəsi odur ki, oranı Şamaxinkaya qədər genişləndirmək lazımdır: "Avtovağzaldan dönən avtobuslar üçün ayrıca bir zolağ tikmək lazımdır. Ümumi yola həm avtobuslar, həm də yük maşınları daxil olmamalıdır. Əks təqdirdə dərslər başlayan vaxtı şəhərdə görünməmiş bir tıxac olacaq".
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi problemin həllini yardımçı yollardan istifadədə görür. Məsələn, bu günlərdə təmirlə əlaqədar bağlanmış dairəvi yolda qoyulan məhdudiyyətlə bağlı təklif olunan alternativ yol tıxacı az da olsa, aradan qaldırmağa kömək edir.
Paytaxtdan şimal istiqamətə, eyni zamanda da əks istiqamətə avtomobillərin sıxlığını aradan qaldırmaq üçün "Azəryolservis" ASC yeni yolun tikintisini həyata keçirir. Bu mənada qurum bir az da uzağa gedərək Şamaxinkadan Sumqayıt istiqamətində şaxələnən yolda deyil, Biləcəri istiqamətində biraşırımlı yol ötürücüsünün tikintisi həyata keçirir.
Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin fikrincə, yol ötürücüsünün yanında isə yeni bir dairə salınacaq ki, bu zaman nəqliyyat vasitələri dairəyə girməklə bir sıra istiqamətlərə asanlıqla hərəkət edə biləcək.
Yeni yolun tikintisinin 2014-cü ilin sonunda yekunlaşması nəzərdə tutulur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır
-
Bu şəxslər 1600 manat birdəfəlik müavinət alacaq
-
Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA
-
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi - FOTO
XƏBƏR LENTİ
-
"Dedi ki, Könül xanımın oxuması üçün 350 m ödəməlisiniz" - Efirdə göz yaşı tökdü - VİDEO
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır





