Cəmiyyət

Bakı metrosunda sərnişinlərin intizarına son qoyulacaq

26 Avqust 2014 18:01
2 Şərh     Baxış: 1 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Daha əvvəl "Bakı Metropoliteni"nə kondisionerli vaqonlar gətirilib. Bu vaqonlar bir müddət istifadə olundu, ancaq bunun effekti olmadığı üçün bu vaqonlar geri qaytarılıb".

Bunu APA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

"Hazırda "Bakı Metropoliteni"nin mövcud xətlərində və stansiyalarında kondisionerli vaqonlardan istifadə edilməsi texniki parametrlərə görə mümkün deyil. Bununla bağlı mümkün variantlar üzərində işlər gedir. Ola bilsin ki, gələcəkdə biz bununla bağlı yeniliklər həyata keçirəcəyik", - deyə N.Paşayev bildirib.

Qurumun rəsmisi əlavə edib ki, "Bənövşəyi xətt"də açılacaq yeni stansiyaların hamısında qatarlar kondisionerli vaqonlarla təmin olunacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.