Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda müvəqqəti duracaqlarla bağlı yeni sistem tətbiq olunacaq
26 Avqust 2014 17:50
2 Şərh
Baxış: 1 980
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bakıda müvəqqəti duracaqlardan istifadəyə görə ödəniş edilməsi ilə bağlı yeni sistem artıq tam sınaqdan keçirilib və onun sentyabrın ortalarından etibarən işə salınması nəzərdə tutulur".
Bunu Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev məlumat verib.
Onun sözlərinə görə, avtomobil sahibləri müvəqqəti duracaqlardan istifadəyə görə artıq telefon və elektron kartlarla da ödəniş edə biləcəklər: "Sürücülərin təxminən 80%-i özləri parkomatlardan istifadə qaydalarını bilir. Yalnız nisbətən yaşlı insanlar bu məsələdə bir az çətinlik çəkirlər ki, onlara da nəzarətçilərimiz kömək edirlər. Artıq SMS və xüsusi elektron kartlarla ödəniş sistemi tətbiq olunandan sonra bu problem də öz həllini tam tapacaq və heç kimin nəzarətçilərin köməyinə ehtiyacı olmayacaq. SMS və kartla ödəniş olduqda, yəni nağd ödəniş olmayanda qəbz verilməsi məsələsi də aradan qalxacaq".
Lakin H.Abdullayev qeyd edib ki, hələlik bununla bağlı bəzi texniki məsələlər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə həll edilməlidir: "Sürücülərə onların müvəqqəti duracaqdan istifadə müddətinin bitməsi və həmin şəxsin balansından ödənişə görə müəyyən məbləğin çıxıldığı barədə ismarış göndəriləcək. Bundan başqa xüsusi elektron kartlar da buraxılacaq ki, həmin kartlar vasitəsilə bütün parkomatlarda ödəniş etmək mümkün olacaq. Sürücü kartı parkomata yaxınlaşdırıb avtomobilin dövlət nömrə nişanını daxil edəcək. Həmin kartların balansını elə parkomatlar vasitəsilə də doldurmaq mümkün olacaq. Bundan əlavə, sürücülər kredit kartını, eləcə də qəpik pulları daxil etməklə ödəniş edə biləcəklər".
İdarə rəisi bildirib ki, müvəqqəti duracaqlardan istifadəyə görə ödəniş məbləğlərində dəyişikliyin olması gözlənilmir: "Qiymətlər şəhərin mərkəzindən uzaqlaşdıqca azalır. Bəzi yerlərdə qiymət bir saata görə 50, bəzi yerlərdə 30 və hətta 20 qəpik təşkil edir. Yeraltı qarajlardan uzaq olan yerlərdə avtomobilin saxlanması üçün limit də tətbiq edilmir. Şəhərin mərkəzində isə belə bir limit var. Belə ki, bir avtomobili eyni duracaqda fasiləsiz 4 saatdan artıq saxlamaq olmaz".
O qeyd edib ki, hazırda əsas çətinlik bəzi sürücülərin ödəniş etməkdən boyun qaçırmaları ilə bağlıdır: "Ödənişi vaxtında etmədikdə yol polisi sürücüləri cərimələyir ki, bu da onlarda narazılıq yaradır. Onlar, sadəcə, bilməlidir ki, artıq bu proses başlayıb və davam edəcək. Buna qarşı çıxmağın heç bir mənası yoxdur. Bu işin nəticəsi də göz qabağındadır. Artıq həm şəhərin mərkəzində saxlanılan avtomobillərin sayı azalıb, həm də əvvəlki aylara nisbətən avtomobillləri daha rahat park etmək olur. Sürücülərin bəziləri isə buna qarşı çıxır, əməkdaşlarımızla kobud davranır, hətta bəzən onları söyürlər. Onlar başa düşməlidir ki, nəzarətçilər sadəcə icraçı, adi işçilərdir və qanuna tabedirlər. Sürücü avtomobili duracaqda 15 dəqiqə saxlayacaqsa, buna görə 1 saatlıq ödəmə etməyə ehtiyac yoxdur. Aparat vasitəsilə müəyyən məbləğ ödənildikdə neçə dəqiqə saxlamaq mümkün olduğu göstərilir. Heç kim onları məcbur edə bilməz ki, mütləq bir saatın pulunu ödəməlidirlər. Qısası, sürücülərimizi bir az mədəniyyətli olmağa çağırıram".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır
-
Bu şəxslər 1600 manat birdəfəlik müavinət alacaq
-
Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA
-
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi - FOTO
XƏBƏR LENTİ
-
"Dedi ki, Könül xanımın oxuması üçün 350 m ödəməlisiniz" - Efirdə göz yaşı tökdü - VİDEO
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır