Azərbaycanda virusa görə bazar bağlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İribuynuzlu heyvanlar arasında yayılan "Nodulyar dermatit" virus xəstəliyi ilə əlaqədar Ağdaşdakı heyvan bazarı bağlanıb. Milli.Az El TV-yə istinadən xəbər verir ki, Ağdaş Rayon Baytarlıq İdarəsinin rəisi Sahib Qurbanov deyir ki, bu addım xəstəliyin daha geniş yayılmasının qarşısının alınması məqsədilə atılıb. Ağdaşda 50 baş heyvanın bu virusa yoluxduğunu deyən baş baytarın sözlərinə görə, bazar, eləcə də ayrı-ayrı təsərrüfatlar və digər belə yerlər mütəmadi olaraq dezinfeksiya edilir:
"Xəstəliklə əlaqədar bizə baş idarədən dava-dərman verilib. Bunlar dezinfeksiya dərmanlarıdır. Bunların hamısını xəstəlik düşən təsərrüfatlarda vətəndaşlara paylamışıq".
Ağdaşdakı heyvan bazarının nə vaxt açılacağının hələlik məlum olmadığını bildirən Sahib Qurbanov deyir ki, "Nodulyar dermatit" xəstəliyi yay aylarında aktivləşir. Müalicəsi xeyli vaxt aparır. Virusu həşəratlar yayır. Xəstəliyə yoluxan heyvanlar əvvəlcə qızdırır. Sonra dəridə müxtəlif ölçülərdə şişlər əmələ gəlir. Heyvanlar halsızlaşır, qidalanmır. Vaxtında profilaktik tədbirlər görülməsə, xəstəlik iribuynuzlu heyvanların tələfatı ilə nəticələnir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır
-
Bu şəxslər 1600 manat birdəfəlik müavinət alacaq
-
Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA
-
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi - FOTO
XƏBƏR LENTİ
-
"Dedi ki, Könül xanımın oxuması üçün 350 m ödəməlisiniz" - Efirdə göz yaşı tökdü - VİDEO
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır





