Bakıda "Xəyallarımızın rəsmlərdəki tərənnümü" sərgisi keçirildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidməti Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin dəstəyi ilə sağlamlıq imkanları məhdud gənclərin "Xəyallarımızın rəsmlərdəki tərənnümü" mövzusunda rəsm və əl işləri sərgisi keçirildi.Sağlamlıq imkanları məhdud gənclərin "Xəyallarımızın rəsmlərdəki tərənnümü" adlı rəsm və əl işləri sərgisi keçirildi
Milli.Az-ın məlumatına görə, sərgidə çıxış edən layihə rəhbəri Xədicə Əliyeva bildirdi ki, koordinatoru olduğu layihənin məqsədi fiziki məhdudiyyətli gənclərin bacarıqlarını nümayiş etdirmək, dost əhatəsini genişləndirmək, onların cəmiyyətə inteqrasiyasını təmin etmək, layihə iştirakçısı olan gənclərdə stimul yaratmaqdır. Sərgidə, o cümlədən iştirakçıların əl işlərinin satışının da həyata keçirildiyini söyləyən layihənin koordinator satışdan əldə edilən vəsaitin sərgidə əsərləri nümayiş olunan fiziki məhdudiyyətli gənclərə təqdim olunacağını və bunun da gənclərin maddi vəziyyətinə qismən yardımçı olmaq məqsədi daşıdığını söylədi.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Fidan Həsənova və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidməti Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və dövlətimizin gənclərə, dövlətçiliyin və gəncliyin inkişafına yönülü görülən tədbirlərin nəticəsi olaraq atılan addımların nəticəsində bu cür layihələr keçirildiyini bildirdi. Sərginin əlilliyi olan şəxslərin cəmiyyətlə birbaşa təması, onların istedadlarının üzə çıxarılması istiqamətində görülən uğurlu layihə olduğunu söyləyərək uğurlar arzu etdilər.
Tədbirin sonunda sərgidə rəsm və əl işləri nümayiş olunan əlilliyi olan iştirakçı gənclərə sertifikatlar təqdim olundu.
Qeyd edək ki, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığı keçən gənclər öz xəyallarındakı reallıqları, fikirlərində qurduqları gələcəklərini əl işləri, çəkdikləri rəsmlər, düzəltdikləri ağac üzərində oyma nümunələri vasitəsilə sərgiyə maraq göstərən hər kəslə bölüşdülər. Onlar bu sərgidə insanlara nümayiş etdirdikləri əl işləri ilə sübut etdilər ki, heç də digər insanlardan fərqlənmirlər. İştirakçı gənclər özlərini tək olmadıqlarını, gələcəyə və bu günə lazımlı şəxslər olduqlarını hiss etdilər.
Tədbirdə əlilliyi olan gənclərə qayğını hiss elətdirmək, bu insanların cəmiyyətə, cəmiyyətin digər nümayəndələrinin isə onlara baxış tərzlərini düzgün istiqamətləndirmək və bu gənclərdə "Yaratmaq" motivasiyasını artırmaq vəzifələrinə xidmət edən layihədən gənclərin mənəvi zövq və xoşbəxtlik qazanması, sərgi vasitəsilə onların kəşf olunması, cəmiyyətə inteqrasiya yönündə atılan addımlardan biri olaraq fiziki məhdudiyyətli gənclərdə bu prosesin sürətləndirilməsi kimi uğurlu nəticələr əldə olundu.
Tədbirdə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri rayonları üzrə mərkəzləri, "Damla" İctimai Birliyi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, İstedadlı Əlillər İctimai Birliyi, Beynəlxalq Qadınlar Klubu, "Müşfiq" Əlil uşaqlara Yardım İctimai Birliyi və digər qurumların rəhbərləri və nümayəndələri, o cümlədən Bakıda yerləşən ali məktəb tələbələri, rəssamlar iştirak edirdi.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.








DİGƏR XƏBƏRLƏR
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır
-
Bu şəxslər 1600 manat birdəfəlik müavinət alacaq
-
Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA
-
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi - FOTO
XƏBƏR LENTİ
-
"Dedi ki, Könül xanımın oxuması üçün 350 m ödəməlisiniz" - Efirdə göz yaşı tökdü - VİDEO
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır





