Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ADA Universitetində "Ağac Əkək, Təbiətə Töhfə Verək" layihəsi çərçivəsində ekoloji təşəbbüslər müzakirə olunub
26 Avqust 2014 14:03
Baxış: 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi və "Coca-Cola" şirkətinin təşəbbüsü ilə "Ağac Əkək Təbiətə Töhfə Verək" layihəsi çərçivəsində maarifləndirici görüş keçirilib.
ADA Universitetindən Trend-ə verilən məlumata görə, Mərkəzin sədri və ADA Universitetinin beynəlxalq və ictimai münasibətlər fakültəsinin dekanı Elnur Soltanov iştirakçıları salamlayaraq, beş ildə damcili suvarma metodu ilə 100 min ağac əkilməsini nəzərdə tutan, "Ağac Əkək Təbiətə Töhfə Verək" layihəsi haqqında məlumat verib. Cari ildə 15 minə qədər ağac əkiləcəyini bildirən natiq, burada əsas məqsədin ölkəmizin su sərvətlərinin qorunmasına yönəldiyini vurğulayıb.
Daha sonra Vəfa Məhərrəmova mövzuyla bağlı təqdimat nümayiş etdirib. Tədbirdə müasir dünyanın ekologiya problemləri və Azərbaycanda ətraf mühitin mühafizəsiylə bağlı potensial tədbirlərin təşkili müzakirə olunub. Görüşün iştirakçıları bu sahədəki dünya təcrübəsini və müxtəlif növ aksiyaların səmərəli təşkili planlarını müzakirə etdilər. Gələcək nəsillərə daha təhlükəsiz və sağlam bir dünyanın miras qoyulması üçün ictimai məsuliyyət hissinin hər bir vətəndaş, xüsüsilə də gənclərə aşılanmasının vacibliyi vurğulanıb. Tədbir zamanı iştirakçılar təbii sərvətlərin qorunması və bu yolda göstərilən cəhdlərin davamlılığının təminiylə bağlı fikir mübadiləsi aparmaq fürsəti də əldə etdilər.
"Ağac Əkək, Təbiətə Töhfə Verək" layihəsi ekoloji məsələlərə ictimaiyyətin diqqətinin çəkilməsi və ölkədə bu sahədə məlumatlılığın artırılması üçün müxtəlif ictimai fəaliyyətlər, eləcə də, tədqiqat işləri və elmi nəşrlərin həyata keçirilməsini nəzərdə tutur. Bundan əlavə, ağacların əkilməsi prosesinə könüllü gənclərin cəlb olunması və prosesin məhz gənclərə etibar olunması planlaşdırılır. Bu isə adıçəkilən layihənin əsas fəlsəfəsi olan "qızıl üçlük (dövlət, biznes və vətəndaş cəmiyyəti) arasında əməkdaşlığın önəminə inam prinsipi" ilə üst-üstə düşür.
Layihənin həyata keçirilməsi zamanı damcı üsulu ilə suvarmadan istifadə olunacaq ki, bu da öz növbəsində ölkədə məhdud olan şirin su ehtiyatlarının qorunmasını təmin edəcək.
"Coca-Cola" şirkəti bu layihəni davamlı inkişaf və ictimai məsuliyyət konsepsiyası çərçivəsində dəstəkləyir. Ekoloji tələblərə cavab verən yaşıl kampusda fəaliyyət göstərən ADA Universiteti də adı keçən layihəni, öz quruluşundan etibarən həyata keçirməkdə olduğu təbiətə və cəmiyyətə xidmət fəlsəfəsinin tərkib hissəsi olaraq görməkdədir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır
-
Bu şəxslər 1600 manat birdəfəlik müavinət alacaq
-
Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA
-
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi - FOTO
XƏBƏR LENTİ
-
"Dedi ki, Könül xanımın oxuması üçün 350 m ödəməlisiniz" - Efirdə göz yaşı tökdü - VİDEO
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır