Cəmiyyət

Adam qüsl alıb qurtarandan sonra yadına düşsə ki...

26 Avqust 2014 19:16
1 Şərh     Baxış: 3 474
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Əgər adam qüsl alıb qurtarandan sonra yadına düşsə ki, bədəninin azacıq bir hissəsi yuyulmayıb, bu halda nə etməlidir? 

Milli.Az islam.az-a istinadən bildirir ki, qüsl zamanı bütün bədənin yuyulması vacibdir; bədənin xırda bir hissəsi də yuyulmamış qalsa, qüsl düzgün olmaz. İkincisi, bu yuyulma ardıcıllıqla olmalıdır: əvvəlcə baş və boyun, sonra bütünlükdə sağ tərəf, daha sonra bütünlükdə sol tərəf.

Əgər qüsl alıb qurtarandan sonra yadına düşsə ki, baş ya boyunun bir hissəsi yuyulmayıb, gərək həmin hissəni yusun, sonra sağ, daha sonra sol tərəfi yusun. Əgər sağ tərəfdə yuyulmamış yer qaldığını xatırlasa, həmin yeri yumalı, sonra bütünlükdə sol tərəfi bir daha yumalıdır. Əgər yuyulmayan yer bədənin sol tərəfində idisə, bu zaman yalnız həmin yeri yumaq kifayətdir və qüsl düzgün sayılır.

Amma bütün bunlar o zaman olar ki, qüslü bitirəndən sonra qüslü pozan hal yaranmasın. Əgər qüsl pozularsa, başdan-ayağa təzədən qüsl alınmalıdır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.