Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Birinci xanım Mehriban Əliyevanın qayğısı nəticəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində nümunəvi şərait yaradılıb - FOTO
26 Avqust 2014 12:29
Baxış: 1 828
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində sağlamlıq imkanları məhdud uşaqlar üçün iki sosial xidmət müəssisəsi - Bakının Xəzər rayonunun Şağan qəsəbəsindəki 3 saylı və Abşeron rayonunun Saray qəsəbəsindəki 7 saylı internat evləri fəaliyyət göstərir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə daxil olan məlumata görə, fiziki və əqli qüsurlu uşaqlar üçün nəzərdə tutulan həmin internat evlərində bu günə olan məlumata əsasən, ümumilikdə 307 nəfər uşaq tam dövlət himayəsində yaşayır.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaq evləri və internat evlərinə göstərdiyi diqqət və qayğı Şağan 3 saylı və Saray 7 saylı internat evlərinin də həyatında çox böyük müsbət dəyişikliklər yaradıb. Belə ki, Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində hər iki internat evində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra bu müəssisələrdə uşaqların normal yaşayışı, çoxşaxəli və səmərəli reabilitasiya tədbirlərinə cəlb olunması üçün müasir tələblərə uyğun şərait mövcuddur. İnternat evləri uşaqların lazımi tibbi və reabilitasiya xidmətləri ilə təmin olunması üçün tam təchiz edilib. Tibb otaqları müasir avadanlıq və dərman preparatları, idman zalları lazımi qurğularla təmin edilib. Fizioterapiya, reabilitasiya, ilk yardım, funksional diaqnostika otaqlarında vakuumlu massaj, ayaqlar üçün elektrotrenajor və s. avadanlıqlar quraşdırılıb. Həmçinin uşaqlar üçün kompyuter, şahmat, dama, otaqları, onların ilkin yaradıcılıq məşğuliyyəti üçün mini emalatxanalar, valideynlərlə görüş otaqları fəaliyyət göstərir.
Hər iki internat evinin həyətində geniş abadlıq, yaşıllaşdırma işləri aparılıb, gözəl fəvvarələr, əyləncə qurğuları, attraksionlar, uşaqların fantaziyasına uyğun müxtəlif lövhələr və s. quraşdırılıb. İnternat evlərində uşaqlar yaşına, cinsinə və xəstəlik dərəcələrinə görə ayrı-ayrı qruplarda yerləşdirilib və hər bir qrupun ayrıca yataq və oyun otaqları vardır.
Uşaqların fitri istedad və bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif dərnəklərin də fəaliyyət göstərdiyi bu internat evlərində Mehriban xanım Əliyevanın "Ən müasir internat məktəbi və ən yaxşı uşaq evi ailəni əvəz edə bilməz" sözləri de-institusionallaşdırma sahəsində görülən işlərdə əsas devizə çevrilib.
Cari ilin 6 ayı ərzində bu internat evlərindən 13 nəfər uşağın ailələrinə qovuşmasına nail olunub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır
-
Bu şəxslər 1600 manat birdəfəlik müavinət alacaq
-
Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA
-
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi - FOTO
XƏBƏR LENTİ
-
"Dedi ki, Könül xanımın oxuması üçün 350 m ödəməlisiniz" - Efirdə göz yaşı tökdü - VİDEO
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır