Cəmiyyət

Azərbaycanda qaçan gəlinin nişanlısı danışdı - VİDEO

26 Avqust 2014 12:56
8 Şərh     Baxış: 4 889
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Nazim Həsənov: "Beləsindən nə desən, gözləmək olar. Yenə qaçar, gecə başımı kəsər"

Toyundan iki gün əvvəl Lənkərandan qaçıb Bakıya gələn Günəş Mənsimovanın nişanlısından xəbər var.

ANS TV-nin məlumatına görə, 17 gün nişanlısını axtarıb onu ANS-də tapan Nazim Həsənov Günəşin dediyi heç bir iddianı qəbul etmir. Əksinə, onunla tanışlığa Günəşin cəhd etdiyini, 3 il ərzində bir-birlərini çox sevdiklərini və narazılıqların isə qaçmış gəlinin kaprizləri və internet sevdası səbəbindən baş verdiyini deyir.

Nazim Həsənov: "O, dediklərinin çoxunu yalan deyir. Axırıncı dəfə internetə girirdi, onda bir-iki sillə vurmuşam. Yoxsa onu zorlamaq - yalan deyir".

Günəşin bizimlə söhbəti zamanı nişanlısı haqqında efirə verə bildiyimiz və verə bilmədiyimiz iddiaları, itkin gəlinin nəinki onunla, hətta ailəsilə görüşmək istəmədiyini Nazimə çatdırdıq. "Bundan sonra nə olacaq, nə fikirləşirsən?" sualımıza isə müsahibimizin cavabı belə oldu.

"Beləsindən nə desən, gözləmək olar. Yenə qaçar, gecə başımı kəsər. O, istəmirsə, mən də istəmirəm".

Günəşin qaynatası Fəxrəddin Həsənov isə gənclərin faciəsinin səbəblərini öz ailə üzvlərində görür. Ağsaqqalın dediyinə görə, Günəşin toydan iki gün qabaq qaçmasının günahı onun həyat yoldaşı və qızındadır.

Bəyin atası Fəxrəddin Həsənov söylədi ki, Günəş ona qızından da artıq idi: "Bu zərbəni bizə kim endirdi, mən bilmədim. Qızım endirdi, yoldaşım endirdi, bilmirəm. Çünki atasına demişdi, ata, mən ərə getməmiş 3 nəfər var aramda. Nəcibə, Qənirə, bir də Nazim. Nəcibə oğlanın anasıdır, nə üçün təzyiq göstərir qıza, kim ixtiyar verib ona?"

Valideynlərinin göz yaşlarına, iddialara baxmayaraq artıq həddi-buluğa çatmış Günəş Lənkərana, evlərinə qayıtmaq istəmir. O, təhsil almaq, öz gələcəyini paytaxtda qurmaq fikrindədir. Valideynlərindən və keçmiş nişanlısından isə onu rahat buraxmağı, daha nigaran qalmamağı xahiş edir.

Qeyd edək ki, Günəş Mənsimzadə avqust ayının 6-sı toyundan iki gün qabaq Lənkəranın Havzava kəndindən Bakıya qaçıb. Yalnız 17 gün sonra onu tapan ailənin ANS-ə müraciətindən sonra 18 yaşlı qız tapılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.