Ayətül-kürsi hansı ayədir? Hansı faydaları var?
Milli.Az islam.az-a istinadən bildirir ki, Qurani-kərimin Bəqərə surəsinin 255-ci ayəsinə, bəzən isə 255, 256 və 257-ci ayələrinə "ayətül-kürsi" deyirlər. 255-ci ayədə "Allahın kür¬sisi" ifadəsi işədildiyi üçün, ona bu ad ve¬rilib. Əslində burada oturmaq üçün istıfadə edilən kürsidən söhbət getmir; çünki Allah cism deyil və oturmaq üçün vasitəyə ehtiyacı yoxdur. Ayədəki "kürsi" ifadəsi Al¬lahın qüdrət və hökmranlığının simvolu kimi işlədilib.
İslam ənənəsində ayətül-kürsidən həm də dua kimi istifadə edilir. Xəstəliklərdən şəfa tapmaq, şərdən amanda qalmaq, ruzini artırmaq, çətin işi həll etmək, qorxunu aradan qaldırmaq və sairə məqsədlər üçün ayətül-kürsini oxuyurlar. Həzrət Mühəmməd Peyğəmbər (s) ayət¬ül-kürsini "Quranın ən əzəmətli ayəsi" adlandırmışdı. Namazdan sonra ayətül-kürsini oxumaq hədislərdə tövsiyə edilib. Rəvayətə görə, Peyğəmbər yatmazdan əvvəl ayətül-kürsi oxuyardı.
Milli.Az